Cəmi 12 il sonra "su məhşəri" başlana bilər - Avropa İttifaqından qorxulu proqnoz - FOTO

18-10-2018, 21:51           
Cəmi 12 il sonra "su məhşəri" başlana bilər - Avropa İttifaqından qorxulu proqnoz - FOTO
Nil, Qanq, Brahmaputra, Hind, Dəclə, Fərat və Kolorado çayları... Bu çayların sahilləri müəyyən müddətdən sonra içməli su uğrunda çox kəskin, amansız qarşıdurma bölgələrinə çevrilə bilər.

Teref.az Milli.az-a istinadən bildirir ki, Avropa İttifaqının Birigə Tədqiqat Mərkəzinin (European Commission's Joint Research Center) alimlərinin hazırladıqları hesabata belə deyilir.

Hesabata görə, transsərhəd su mənbələri uğrunda qarşıdurmalar artıq yüksək səviyyədədir və bu bölgələr "stress məkanları" sayılırlar.



Qlobal iqlim dəyişiklikləri nəticəsində planetdə orta statistik temperaturun artması quraqlıq, buzlaqların əriməsi və nəticədə içməli su ehtiyatlarının azalması ilə müşayiət olunur.

Nil, Qanq, Brahmaputra, Hind, Dəclə, Fərat və Kolorado çaylarının hövzələri isə su uğrunda ən amansız toqquşmalar areallarına çevrilə bilər.
Əhali sayının artımı və qlobal iqlim dəyişiklikləri su çatışmazlığı səbəbindən yaxın 50-100 il ərzində "hidrosiyasi" problemlər yaradacaq.

Qlobal iqlim dəyişikliklərinin sürətinin azaldılması və fəsadlarının aradan qaldırılması istiqamətində effektiv fəaliyyət olmasa, cəmi 12 il sonra dünya həddən artıq isti havalar, quraqlıq, daşqınlar və yoxsulluq kimi problemlərin məngənəsinə düşəcək.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.