Mühüm sənədləri düşmənə verməyən cəsur MTN əməliyyatçısı - Oqtay Əliyev kimdir?

19-10-2018, 06:40           
Mühüm sənədləri düşmənə verməyən cəsur MTN əməliyyatçısı - Oqtay Əliyev kimdir?
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, Qarabağ müharibəsi veteranı mərhum Əliyev Oqtay İrşad oğlu haqqında məqalə yaradılıb.

Oqtay Əliyev 8 oktyabr 1960-cı ildə doğulub. Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbində təhsil alıb. 1986-cı ilin fevral ayından 1987-ci ilin fevral ayınadək SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk şəhərində yerləşən ali məktəbində ali kursların dinləyicisi olub.

1987-ci ilin fevral ayından 27 fevral 2006-cı il tarixinədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin müxtəlif orqanlarında və Nazirliyin özündə yorulmadan çalışıb.

1990-cı ilin yanvar-fevral aylarında MTN-nin Ağdam rayon şöbəsinə, erməni silahlı dəstələrinə qarşı döyüşlərdə iştirak etmək üçün 1991-ci ilin iyul ayında isə MTN-nin Goranboy rayon bölməsinə ezamiyyətə göndərilib. 1992-ci ilin fevral ayından 1993-cü ilin avqust ayınadək MTN-nin Ağdam rayon şöbəsində könüllü xidmət edərək keçirilən bir sıra hərbi əməliyyatlarda da yaxından iştirak edib. Ağdam rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunmazdan 2 gün əvvəl bölmənin istifadəsində olan əməliyyat rabitəsini, icraatında olan bütün əməliyyat sənədlərini öz təkid və təşəbbüsü ilə şəxsən xilas edib çıxarmış və mühüm sənədlərin düşmənin əlinə keçməsinə imkan verməyib. Oqtay İrşad oğlu Əliyev həmin sənədləri MTN-nin Yevlax rayon şöbəsinə təhvil verib. 1993-cü ilin avqust ayında yenidən MTN-nin Biləsuvar rayon şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. 1995-ci ilin dekabr ayının axırlarında MTN-nin Yardımlı rayon şöbəsinə əməliyyat müvəkkili təyin edilib. Sonradan isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin özündə işlə təmin edilib. 1997-ci ildə "Qarabağ Müharibəsi Veteranı" adını qazanıb.

27 fevral 2006-cı il tarixində, iş başında, 45 yaşında dünyasını dəyişib.publika.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.