“Hələ Andropovun DTK-nin rəhbəri olduğu illərdə...” – Rusiya haqda ŞOK FAKTLAR AÇILDI

19-11-2018, 09:16           
“Hələ Andropovun DTK-nin rəhbəri olduğu illərdə...” – Rusiya haqda ŞOK FAKTLAR AÇILDI

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda nümayəndə heyətinin sədri İrina Friz iclasın nəticəsinə görə danışıb.

“Silah və maddi resursların çatdırılmasının sübutları ilə xüsusi diqqəti Kremlin “Taliban”la əlaqələrinə ayırırıq. Həmçinin bizim məruzəmizdə Rusiyanın xüsusi xidmət orqanlarının radikal müsəlmanları Rusiya ərazisini tərk etməyə necə həvəsləndirdiyi, həmçinin onların uçuşunu və dövlət xaricində, xüsusi halda Suriyada İŞİD-in tərəfində döyüş əməliyyatlarında (təsirlərində) iştirak etməyi təmin etdiyi əksini tapıb”, - İrina qeyd edib.

O dəqiqləşdirib ki, İraqın keçmiş prezidenti Səddam Hüseynin elitasının hərbi-siyasi nüvəsini təşkil edən BAAS-çılar SSRİ-in Dövlət Təhlükəsizlik Komitəsində təlim keçirdilər.

“Əlavə etmək lazımdır ki, hələ 1980-ci illərdə Yuri Andropovun Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri olduğu illərdə Qərb sivilizasiyası ölkələrinə qarşı islam terrorizmindən istifadə ideyasının əsasını qoyulmuşdu”, - o əlavə edib.

Qeyd edək ki, noyabrın 8-də Moskvada “Taliban” nümayəndə heyətiylə Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun görüşü olub. Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-nin Asiya üzrə ikinci departamentinin direktoru Zamir Kabulov bildirib ki, Əfqanıstanda sülhə nail olmaq üçün “Taliban” hərəkatının nümayəndələri ilə əlaqənin yaradılmasında mənfi heç nə yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.