Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçdi – Video

19-11-2018, 09:29           
Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçdi – Video
Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçib.

Turkustan.info The Sun-a istinadən bildirir ki, inanclılar bunu, dünyanın axırının yaxınlaşmasına xəbərdarlıq kimi yozurlar.

Söhbət Yerusəlimdə “Ağlama divarı”nda peyda olan ilandan gedir. Tövratda da bu barədə bir neçə qeydin olduğu bildirilir.

İudaizmin müqəddəs kitabı olan Tövrat təfsirçiləri əmindir ki, bu ilan artıq yaxınlaşan Apokalipsisin üçüncü şahidliyidir.

Belə ki, bundan bir qədər əvvəl – oktyabrda israilli fotoqraf “Ölü dəniz”də canlı balığın şəklini çəkmişdi.

Tövratda İyezekil peyğəmbərin axirətdən əvvəl ölü sularda həyatın yaranması haqqında xəbər verməsi yer alır.

Ondan da bir ay qabaq İsraildə qırmızı buzov doğulub ki, bu da Tövratda xatırlanır.

İudaizmin tərəfdarları üçün qırmızı inək “zamanın sonu” mənasına gəlir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.