2016-cı ildə Trampın 14 silahdaşı ilə rusiyalılar… - ŞOK İDDİA

10-12-2018, 07:44           
2016-cı ildə Trampın 14 silahdaşı ilə rusiyalılar… - ŞOK İDDİA
Rusiya vətəndaşları ABŞ prezidenti Donald Trampın seçkiqabağı kampaniyası və prezident müddətinin başlanğıcı zamanı onun ən azı 14 silahdaşı ilə əlaqədə olublar.

Publika.az xəbər verir ki, bu haqda “Vaşinqton Post” nəşri iddia edib.

Nəşrin məlumatına görə, onların arasında Rusiya səfiri, baş nazir müavini, ağır atletika idmançısı, vəkil və sovet ordusunun veteranı da olub. Qəzet yazır ki, rusiyalılar Trampın ailə üzvləri, onun dostları və yaxınları ilə daim əlaqə yaradırdılar.

Nəşr iddia edir ki, bəzi rusiyalılar Trampa seçki kampaniyanın keçirilməsində kömək təklif edirdilər, hətta Rusiya prezidenti Vladimir Putinlə görüşün keçirilməsi haqqında təkliflər var idi. Qəzet bildirir ki, çoxları belə aktiv qarşılıqlı münasibətləri son dərəcə qeyri-adi hesab edirdilər.

Qeyd edək ki, Rusiyanın Amerika seçkilərinə müdaxiləsı və Trampın Rusiya ilə güman edilən əlaqələri xüsusi prokuror Robert Müller, həmçinin ABŞ Konqresinin hər iki palatası tərəfindən araşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.