ABŞ donanması Rusiya ilə rəqabət gücündə deyil

16-12-2018, 10:35           
ABŞ donanması Rusiya ilə rəqabət gücündə deyil
ABŞ hərbi donanması qırıcılarını müasirləri ilə əvəz etməsə, rəqabət gücünü itirə bilər.

Axar.az xəbər verir ki, bu iddia “Nəşnl İnterest” (Nİ) jurnalında dərc edilən məqalədə bildirilib.

Jurnalın ABŞ-ın Strateji və Büdcə Dəyərləndirmə Mərkəzinin (CSBA) hesabatına istinadən hazırladığı məqalədə SSRİ-nin dağılmasından sonra ABŞ donanmasının döyüş ehtimalını qəsdən məhdudlaşdırdığı, gəmilərdə daha əvvəl istifadə edilən bəzi qırıcıların başqaları ilə əvəz edildiyi vurğulanıb.

Məqalədə bu dəyişikliklərin təyyarələrin uçuş məsafəsinə mənfi təsir göstərdiyi, hazırkı təyyarələrin Çin və ya Rusiya ilə müharibədə qalib gəlmək üçün kifayət etmədiyi qeyd edilib:

“2018-ci ilə qədər 9 ton faydalı yük daşıya bilən tipik dəniz qırıcısının uçuş məsafəsi 1,3 min milə endirilib. Eyni zamanda, Rusiya və Çin uzunmənzilli anti-gəmi raketi və hərbi təyyarələr üçün təhdid təşkil edən yeni silahlar hazırlayıb”.

Bundan əlavə, məqalədə ABŞ-ın hərbi donanmasının böyük dövlətləri məğlub edəcək əməliyyatlar keçirmək üçün yetərli mənzilə və dayanıqlığa sahib olmadığı qeyd edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.