"Qatil və cəllad isə sadə, mülkü vətəndaşlarla vuruşan, onları qətl edən adamlara deyərlər." - Nərmin Şahmarzadəyə cavab....

16-12-2018, 20:45           
"Qatil və cəllad isə sadə, mülkü vətəndaşlarla vuruşan, onları qətl edən adamlara deyərlər." -  Nərmin Şahmarzadəyə cavab....
Əslində mən bu cavabı yazmayacaqdım.Lakin bəzi mətbuatdan olan “dost” lar diimdən guya söz tutaraq hansı məqsədlər üçünsə adımdan verdiyi bir yazıya görə yazıram.O adamlara isə heç əsəbiləşmirəm.Nə edəsən onalrında “çörəyi” bundan çıxır.Bəyəm nakişilikdən çıxan çörəyi övladları yeyəndə onun dadı başqa olur?
Nə isə..
Gələk Nərmin Şahmarzadənin məlum statusuna.
Birinci onu deyim ki, bəzilərinin dediyi kimi mən bu statusu heçdə hansısa “mətbəxlərdə” hazırlanmış bir yazı kimi qəbul etmirəm.Çünki mətbəxlərdə hazırlanmış yazı daha mükəmməl, daha fundamental olardı.Bu yazı isə həqiqətən 19 yaşlı hələ təhsil alan özündən razı, güya inqilabı fikirlərə malik olan cavan bir qız uşağının qarmaqarışıq fikirləridir. Qarşısını vaxtında almaq oturub başa salmaq lazımdır.
Əvvəla elə onun özünü psixoloq adlandırmasından başlayaq. Dünya psixologiyasının titanları olan Feyerbax, Vilhelm Vindt, Niçşe, Yunq, Freyd 30 yaşına qədər özlərini heç psixoloq adlandırmayıblar.
Sən isə qızım universitetin 3 –cü kursundan artıq özünü psixoloq adlandırırsan. Dünyanın qəbul etdiyi psixoanalizin banisi Z.Freyd 29 yaşında ancaq özünü şagird sayırdı. Bunu uzadmaqa məncə dəyməz..
Sənin qızım psixoloqluğuna hələ çox var.
İndi gələk sənin millətin qan saflığına dediklərinə.Bu məsələnin isəpsixologiyay heç bir dəxli yoxdur.
Ola bilər ailə daxili hansısa problemlərin nə zamansa sənin beynində qalan hissəsinin impulsları nəticəsində indi sən acığını millətin üstünə töküb belə qalmaqal salırsan.Buda yaramaz. Ən azandın ailəni millətin və tanıdıqlarının qarşısında belə biabır etməyin heç qəbul edilməzdir.
Nərmin, qızım insan tolerantda olar, multikulturalist düşüncəsinədə sahib ola bilər, kosmopolitikliyidə ( dünya vətəndaşlağı) qəbul edə bilər. Hətta sənə deyim paçifistdə və veqeterianda ola bilər. Bu onun azad hürr haqqıdır.Lakin qızım bizə niyə öz dünyəvi hisslərini sırımaq istəyirsən. Hətta sırısan belə bəyəm kosmopolit düşüncə düşmənə baş əymək, torpaqlarını peşkəş vermək kimi bir hissər aşılayıər adama?
Gəl sənə tarixdən 1 örnək verim. 1944-cü ildə Hitlər faşizminə qarşı İsveçrədə danışıqları paçifistlər və kosmopolitlər aparırdı. Hitlerin qarşısında diz çökməkdən ötrü yox, Hitleri məhv etməkdən ötrü!
Yəni kosmopolit olmağın, sənə erməni xüsusi xidmət orqanları ilə yaxın olan bəzi erməni profilləri ilə sevgi dolu yazışamalara yol vermənə heç də haqq qazandırmır. Bunun adı ölkənə, dövlətinə, millətinə xəyanət yolu adlanır!
Gələk ən axırıncı, rəhmətlik Mübariz və onun kimi on minlərlə düşmənlə mübarizə aparıb şəhid düşən, qazi olan qardaşlarımız haqqında yazdıqlarına. Nərmin biz erməninin bizim tərəfimizdən bağışalanan və dövlət qurduqları torpaqlara girməmişik. Biz doğma torpaqlarımıza əldə silah gələn qatı yüz illərin düşməni ilə savaşırıq. Rəhmətlik Mübariz və onun kimi minlərlə oğullar gedib indi Ermənistan adlanan Qərbi Azərbaycanın torpaqlarında erməni öldürüb şəhid düşməyiblər.Onlar öz doğma torpaqlarında erməni düşmənlərlə vuruşaraq şəhid olublar. O sənin dediyin bir ananın erməni oğlu mənim torpqlarımda nə qələt edir ki, Mübariz və minlərlə oğullar onlarla əllərində silah vuruşsun. Sən bizə qatil, cəllad deyirsən.Niyə? Dünyanın hər yerində əskər əgər torpağına girən düşmənlə vuruşursa ona qatil yox əskər deyirlər.Biz bəyəm ermənilər kimi mülkü əhalini qırmışıq? Yox biz qatil və cəlladr deyilik, biz vətənini sevən və onu canı bahasına qoruyan bu vətənin və millətin övladlarıyıq. Və əsas odur ki, heç kimin torpağına girməmişik, işğal etməmişik. Rəhmətlik Mübariz gedib uşaq, qadın öldürməyib, o, əli salahlı işğalçı erməni əskərlərini öldürüb.Əmrlə və ya əmrsiz, bu artıq sənin işin deyil.
Ona görə sən bizi qatil və cəllad adlandıra bilməzsən.Haqqın yoxdur, çünki biz sənin ailənin və yüz minlərlə millətimizin ailələrinin namusunu qorumuş insanlarıq.Biz deyəndə bura bütün, şəhid, qazi və veteranlar qatılır. Qatil və cəllad isə sadə, mülkü vəıtəndaşlarla vuruşan, onalrı qətl edən adamlara deyərlər. Və bu hərəkətləri edənılər isə sadəcə ermənilərdirlər. Onlar körpə, qadın, yaşlı demədən hamını qırıb işğal etdiyi yerlərdə boş torpaq siyasəti aparıblar.
Sənə isə sadcə bir məsləhətim var, bir az düşün və o sevgi dolu mesaj göndərdiyin erməni frendlərinin kim olduğunu araşdır.
Bunu bir normal cavab kimi qəbul et!
Nurəddin Xoca.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.