37 yaşlı kişi qızla oğlanı kirayə verdiyi evə gətirdi və... - AZƏRBAYCANDA ŞOK OLAY

10-01-2019, 10:45           
37 yaşlı kişi qızla oğlanı kirayə verdiyi evə gətirdi və... - AZƏRBAYCANDA ŞOK OLAY
Bakıda əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinən 1982-ci il təvəllüdlü Səlim Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Səlim Məmmədov Səbail rayonu, Gənclər küçəsində yerləşən mənzilində gəlir əldə etmək məqsədilə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib.

Fahişəxana

Bu məqsədlə o, 16 dekabr 2016-cı il tarixdə, saat 19 radələrində Sadiq Babayevlə fahişəliklə məşğul olan Cəmilə Mahmudovanı həmin mənzilə gətirib.

Səlim Məmmədov həmin mənzildə cinsi əlaqədə olmaları müqabilində Sadiq Babayevdən 30 manat pul alıb, fahişəliklə məşğul olmaq üçün onlara mənzilin açarlarını verib.

İntim əlaqə və əməliyyat

Sadiq Babayev Cəmilə ilə intim əlaqədə olduğu zaman Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında əməliyyat qrupu həmin mənzilə gəlib.

Həmin gün saat 19.50-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda intim xidmət göstərən Cəmilənin ödəniş müqabilində Sadiqlə cinsi əlaqədə olması faktı aşkar edilib.

İstintaq orqanını gəldiyi nəticə

İstintaq orqanı tərəfindən Səlim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim Məmmədov ona elan edilən ittihamda özünü təqsirli bilməyib.

“30 manat beh verdi”

O göstərib ki, 13 dekabr 2016-cı il tarixdə, günorta saatlarında istifadəsində olan mobil telefonuna bir müddət əvvəl internetdə tanış olduğu Sadiq adlı şəxs zəng edib və kirayə ev istədiyini bildirib.

Qeyd edib ki, Sadiq internetdə kirayə ev istəməsi barədə elan verib: “Mən də Sadiqə zəng etdim, kirayəyə ev verdiyimi dedim. Danışıqdan üç gün sonra Sadiq mənə zəng vurdu və evə baxmaq istədiyini dedi. Sadiq 30-35 yaşlarında qadınla gəldi. Onlarla bir yerdə kirayə vermək istədiyim evə getdik. Sadiq yanındakı xanımla həmin evə baxdı. Ev onların xoşlarına gəldi. Sadiq evi 200 manata götürməyə razılaşdı, 30 manat beh verdi. Yanında olan xanım isə yataq otağına daxil oldu”.

“Eyvanın işığını söndürmək üçün eyvana çıxdım”

Səlim Məmmədovun sözlərinə görə, Sadiqlə həmin vaxt mənzilin dəhlizində dayanıb: “Sadiq dedi ki, digər ev əşyalarını gətirəndən sonra evə köçəcək. Mənə 30 manatı verəndən sonra yataq otağına daxil oldu ki, qadını çağırsın. Mən də eyvanın işığını söndürmək üçün eyvana çıxdım. Geri qayıdanda özlərini İnsan Alveri İdarəsinin əməkdaşı kimi təqdim edən şəxslər məni tutdular və idarəyə apardılar”.

Bir il islah işləri cəzası və bəraət tələbi

Bu cinayət işi Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə araşdırılıb. Cinayət işi üzrə araşdırma aparan hakim sonda hökm elan edib. Hökmə əsasən, Səlim Məmmədov hər ay qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilib.

Bu hökmdən narazı qalan Səlim Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, günahsız olduğu üçün barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bəraət hökmü

Səlim Məmmədovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Qail Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti Səlim Məmmədovun günahsızlığını sübuta yetirib. Bu səbəbdən Səbail rayon Məhkəməsinin hökmü ləğv edilib, Səlim Məmmədovun barəsində bəraət hökmü çıxarılıb.

Prokurordan şikayət

Bu hökmdən narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, Səlim Məmmədovun barəsində ittihamedici hökmün çıxarılmasını istəyib.

Prokurorun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası protestin dəlillərini araşdırıb və sonda qərar elan edib. Bu yaxınlarda verilən qərara görə, prokurorun protesti təmin olunmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.