Rəsulzadənin barelyefini çıxaran bələdiyyə sədri: “1həftə sonra…”

16-01-2019, 12:51           
Rəsulzadənin barelyefini çıxaran bələdiyyə sədri: “1həftə sonra…”
Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindəki barelyef əslində bələdiyyə tərəfindən çıxarılıb.

Teref.az bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev açıqlayıb. Onun sözlərinə görə, uzun müddətdir Məhəmməd Əmin Rəsulzadənin lövhəsi bərbad və uçuq vəziyyətdə olub:

“Lövhə bizim tərəfimizdən çıxarılıb. Özünüz də yəqin ki, görmüsünüz, lövhə hansı vəziyyətdə idi. Bir həftəyə mərmərdən yaxşı bir görkəmdə lövhə hazırlanacaq və yerinə asılacaq. Gəlib çəkiliş də edə bilərsiz”.

Qeyd edək ki, Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefin oğurlandığı ilə bağlı məlumatlar dünən yayılmışdı. Abşeron Rayon Polis İdarəsi həmin lövhənin əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarıldığını bildirsə də, səbəbini açıqlamamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.