Kosmik gəmidən düşəndə içkiliymiş - Qaqarin haqqında maraqlı faktlar…

21-01-2019, 22:55           
Kosmik gəmidən düşəndə içkiliymiş - Qaqarin haqqında maraqlı faktlar…
Bildiyimiz kimi, Sovet İttifaqı Qəhrəmanı Yuri Qaqarin “Vostok-1” kosmik gəmisi ilə Yerin ətrafında cəmi 108 dəqiqə dövr edib.

Teleqraf.com xəbər verir ki, uçuşun ən pik nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub.

Şifrəli ləqəbi “Kedr” olan Qaqarin tarixi uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 20 kosmonavtdan biri məhz Yuri idi. Sonradan bu siyahıda yalnız iki nəfərin adı qaldı: Yuri Qaqarin və German Titov.

Qaqarinin seçilməsinə səbəb onun daha sadə ailədən çıxması idi. Qaqarin fəhlə oğlu idi, Titov isə ziyalı ailəsində böyümüşdü.

Uçuşa çıxanda ilk dediyi söz bu olur: “Getdik...” («Poyexali») Sonra isə əlavə edir: “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün”.

Qaqarin hər şeyin qaydasında olduğunu söyləyir. Ancaq bir az keçmiş problem yaşanır. Paraşütlə SSRİ torpaqlarına enir. Onu ilk görən ana ilə uşağı olur. Bu qəribə adamı görüb qorxurlar. Qaqarin isə onlardan mərkəzlə əlaqə qurmaq üçün telefon istəyir.

Uçuş uğurla başa çatmışdı. Xəbər Moskvada böyük sevinclə qarşılandı. Paraşütlə eniş isə gizli saxlanıldı.

Kosmos uçuşunun ustalıqla yerinə yetirilməsindən sonra Qaqarinə medallar, ordenlər verildi. Sovet İttifaqı Qəhrəmanı elan olundu. Hədiyyələrin arasında ipəkdən iç geyimləri və corablar da vardı.

Qaqarinin qaşının üstündəki yara izi ilə bağlı bir sıra əfsanələr dolaşır. Həqiqət isə tamam başqadır. Qaqarin Anna adlı bir qadınla bərabər olduğu vaxt xanımının əlinə keçməmək üçün evin pəncərəsindən tullanır və həmin məşhur yara o zaman ortaya çıxır.

Onu sevənlər çox idi, ancaq getdikcə yüksələn nüfuzundan narahat olanlar da vardı. Qaqarinin nüfuzunun aşağı düşməsi üçün ona “alkaş” damğası da vurmuşdular.

Ölümündən sonra da bu iddia səslənirdi: kosmik gəmidən düşəndə içkiliymiş. Sonradan bu iddianın əsassız olduğu ortaya çıxdı.

Qaqarinin fərqli, qəribə bir insan olduğunu hər kəs söyləyir. Bir maraqlı fakt da var. Xruşovla görüşə gələndə rəsmi adamlar Qaqarinə baxıb təəccüblənirlər: ayaqqabısının ipi açılıbmış.
Kosmosa uçmadan iki gün əvvəl Qaqarin xanımına məktub yazır. Dəhşətli bir hadisə baş verdiyi təqdirdə bu məktubla Qaqarin xanımı ilə vidalaşacaqdı. Xanımı ərinin bu işin öhdəsindən gələcəyinə inandığı üçün məktubu açıb oxumur. 1968-ci ildə, uçuşdan 7 il sonra kosmonavtın xanımı Valentina İvanovna məktubu oxuyur. Həmin tarixdə MİG-15 təyyarəsində ilə sınaq uçuşunu reallaşdıran Qaqarin gözlərini əbədi yummuşdu.

Qəzadan sonra hadisə yerində Qaqarinin gödəkcəsinin bir parçası tapılıb. Cibində isə ərzaq talonu, sürücülük vəsiqəsi, 40 rubl…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.