KQB nin gey AGENTLƏRİ. «ABŞERON OTELİNDƏ KEF»

24-01-2019, 10:00           
KQB nin gey AGENTLƏRİ.  «ABŞERON OTELİNDƏ KEF»
Soyuq müharibə dövründə KQB gey və lezbiyanların xidmətindən istifadə etmək məqsədilə Xüsusi xidmət orqanlarına homoseksual agentlər cəlb edib .
SSRİ-nin cinayət məcəlləsində
Uşaqbazlıq maddəsi -121-ci maddə olub . Uşaqbazlıq maddəsilə həbs olunanlar 5 ilədək həbs cəzası alırdı. KQB ilə əməkdaşlıq etməyə razı olanlar isə həm həbsdən yaxasını qurtarırdı, həm də istədiyi qədər homoseksual münasibətlərdə ola bilirdi.
KQB veteranı, yazıçı Mixail Lyubimov sovet gey-agenturasının iş metodları barədə qeyd edir:
""KQB hətta xaricdə belə geylər üçün xüsusi əyləncə gecələri təşkil edirdi. Belə tədbirlərin keçirilməsi üçün xeyli pul ayrılırdı. Təsəvvür edin, Fransada əyləncə gecələrinin birində agenturamız Britaniya Hərbi Dəniz Qüvvələrinin zabiti Oskar Vasseli əməkdaşlığa cəlb edə bildilər. Əvvəlcə Vassel dirəniş göstərdi. Ancaq ona bizim gey agentimizlə yataq şəkillərini göstərdikdən sonra əməkdaşlığa razılıq verdi. Bilirdi ki, əks təqdirdə bu şəkillər onun komandanlığına, qohumlarına göndəriləcək. Bundan sonra Vassel düz 9 il KQB-yə çox qiymətli məlumatlar göndərdi . ""
Homoseksual kontakt üçün yalnız gey agenturadan istifadə edilmirdi. KQB məktəblərində gələcəyin kəşfiyyatçılarına öz bədənini idarə etməyi, seksual kontakta girməyi, izlənilən, maraq doğuran əcnəbiləri necə seks-tələyə salmağın yolları öyrədilirdi. Bu o demək deyildi ki, zabitlərdən öz seksual oriyentasiyasını dəyişmək tələb olunur. Sadəcə, real iş zamanı kəşfiyyatçı istənilən situasiyaya hazır olmalı idi. Lazım gəlsə, vətən üçün homoseksual kontakta da getmək olardı.
▪️Əcnəbiləri homoseksual kontakt vasitəsilə əməkdaşlığa cəlb etmək əməliyyatları Bakıda da olub. 80-ci illərdə Azərbaycan paytaxtına neft sahəsində ixtisaslaşmış xeyli əcnəbi mütəxəssis gəlirdi. Onlardan biri, amerikalı gənc alim kəşfiyyatçıların diqqətini cəlb edir. Azərbaycan KQB-si amerikalını ələ almaq ucun "İrakli" kod adlı agenti təlimatlandırır. Bulvarda tanış olan cütlük dincəlmək üçün "Abşeron" mehmanxanasına gəlir. Burada "İrakli" amerikalını Şamaxı çaxırına qonaq edir. Keflənib yatan amerikalı səhər ayılanda "İraklini" yatağında tapmır. Br az sonra KQB əməliyyatçıları otağa daxil olur və onunla söhbət aparırlar. Amerikalıya yataq fotoşəkilləri, həmçinin video çəkiliş göstərirlər. Razılaşmaqdan başqa əlacı olmayan amerikalı SSRİ dağılanadək sovet kəşfiyyatı ilə əməkdaşlıq edir.
Gizli FAYL
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.