Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO

15-02-2019, 13:29           
Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO
Ötən gün azərbaycanlılar tərəfindən döyülən Alixan adlı çeçenlə bağlı yeni məlumatlar ortaya çıxıb.

Çeçen gəncin döyülməsinə səbəb yaydığı səs yazısı olub.

Belə ki, Alixan azərbaycanlıları təhqir edib və bu sözlər qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb.

Bundan sonra azərbaycanlılar həmin çeçenin axtarışına başlayıb. Alixanı sərt cəzalandıran həmyerlilərimiz onun üzr istəyərkən çəkilən videosunu yayıb.

Bu dəfə isə çeçenlər cavab həmləsinə keçib. Ötən gün "Neolit" restoranına hücum çəkən 100-ə yaxın çeçen silahlardan istifadə edib. Atışma zamanı ölən və yaralananlar olub.

Alixanın azərbaycanlılar haqqında dedikləri etikadan kənar olduğu üçün həmin səsyazısını yayımlaya bilmərik. Ancaq baxmaq istəyənlər
bu linkə keçid etsin.
https://vk.com/wall-23397169_533875?fbclid=IwAR1bsf3AcYm-AWIwNVltHa6hIyjGfV1eZzrSq7okb-525jogOTV4y5bt09w&z=video-23397169_456244090%2Fc7cbc3c37cbeb3a278%2Fpl_post_-23397169_533875
/bakuws/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.