“AZƏRBAYCAN VƏKILLƏRININ ƏN BÖYÜK DƏRDI CƏMŞID IMIŞ! SONRA DA DEYIRLƏR KI, NIYƏ VƏKILLIK BU GÜNDƏDI”.

25-02-2019, 12:32           
“AZƏRBAYCAN VƏKILLƏRININ ƏN BÖYÜK DƏRDI CƏMŞID IMIŞ! SONRA DA DEYIRLƏR KI, NIYƏ VƏKILLIK BU GÜNDƏDI”.
Teref.az olaraq məşhur vəkil Adil İsmayılovun vəkillərin problemləri ilə bağlı statusunu oxuculara təqdim edirik.Adil bəy yazır:
Bu statusu yazmağa məni Anar Qasımlının Yasamal məhkəməsinin qapısında duran polis nəfəri Cəmşidin onu telefonla məhkəməyə buraxmaması barədə postu vadar etmişdi. Onda vəkil həmkarlarıma vəkilliyin vəziyyəti barədə suallar ünvanlamışdım, indi bir sual da artırıb yenidən təkrarlayıram.

YENƏ DƏ SÖZÜM VƏKİLLƏRƏDİ. BƏLKƏ AŞAĞIDA YAZDIĞIM BƏLKƏLƏRİN HEÇ OLMASA BİRCƏCİYİ BU 3 İL YARIMDA ÖZ HƏLLİNİ TAPİB?

Gəlin səmimi olaq və suallara cavab verək:
- Bəlkə bizi əlimizdə order ola-ola prokurorluğa, DİN-ə, bandotdelə, vergiyə, gömrüyə və başqa istintaq aparan orqanlara buraxmayan, günlərlə,bəzən həftələrlə müvəkkilimizlə görüşməyə imkan verməyən, bizi qapı dalında saxlayan da Cəmşiddi?
- bəlkə 10- larla vərəqəlik vəsatətlətimizi bir cümlə ilə əsassız və qanunsuz rədd edən də Cəmşiddi ?
- bəlkə həftənin şənbə günlərində bizi istintaq təcridxanasında müvəkkillərimizlə görüşə buraxmayan da Cəmşiddi?
- bəlkə saat 10-a təyin edilmiş məhkəmə iclasını heç bir şey olmayıbmış kimi salam-kəlamsız və üzrxahlıq etmədən saat 13-də başlayan, sonra isə qeyri-müəyyən müddətə təxirə salan da Cəmşiddi?
- bəlkə hər cürə imkanı olan şəxsə dövlət hesabına vəkil "verən"də Cəmşiddi?
- bəlkə dövlət hesabına,əslində isə müstəntiqin, hakimin verdiyi tula payına işə çıxıb onların sifarişi ilə müvəkkilin əleyhinə olan sənədlərə imza edən də Cəmşiddi?
-bəlkə üzüyola olmayan vəkildən prokurorun,hakimin verdiyi təqdimat əsasında onun işini prezidiuma cıxarıb cəzalandıran, vəkillikdən uzaqlaşdıran da Cəmşiddi?
Yəqin bu sualların sayını istənilən ləyaqətli vəkil qat- qat artıra bilər. Amma bunlar artıq vəkilliyin nə durumda olmasını başa düşməyə kifayət edər.
Qaldı ki, Cəmşidə o bizim coxumuzdan qat-qat artıq hörmətə layiqdi, ən azından ona tapşırılan işi canla-başla yerinə yetirdiyinə görə. BƏLKƏ DÜZ DEMIRƏM???
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.