“VAQNER”İN QIZILLARI… –Orxan Camalın qrupu MAR-a onun sorağı ilə gedibmiş

13-03-2019, 13:06           
“VAQNER”İN QIZILLARI… –Orxan Camalın qrupu MAR-a onun sorağı ilə gedibmiş
Rusiya KİV-nin məlumatına görə, vergi əməkdaşları Peterburqlu restorator Yevgeni Priqojinlə əlaqəli şirkətdə yoxlamalara başlayıblar. Onun adı ilə yanaşı «ÖHŞ»-in (özəl hərbi şirkət) adı çəkilir.

Yenixeber.org: Həyat əlamətləri görsənməyən və Yevgeni Priqojinlə əlaqəsi ehtimal edilən qeyri-adi «M-Finans» şirkəti heç də pis olmayan gəlirlər əldə edir. Onun əməkdaşlarını praktiki olaraq, tapmaq mümkün deyil. Amma guya onunla bağlı olan insanlar ezamiyyətlərə gedirlər və sosial şəbəkələrə «düşməməyə» çalışırlar. Söhbət var ki, bunun səbəbləri Mərkəzi Afrika Respublikasında (MAR) «gizlənir».

KİV-in məlumatına görə, yoxlama tədbirlərinə fevralın əvvəlindən başlanıb – onları Şimal paytaxtının Admiralteysk rayonunda qeydiyyata alınmış 8 saylı Rayonlararası təftiş idarəsi aparır. Sözügedən qeyri-adi şirkət də ərazi baxımından həmin rayonda yerləşir. Son aylar şirkətin adı KİV-də tez-tez hallanır…

«M-Finans» MMC 2015-ci ilin avqustunda qeydiyyata alınıb, əsas fəaliyyət istiqaməti – qiymətli daşların, kvarsın və s. hasilatından ibarətdir. Şirkətin hazırkı rəhbəri Yelena Koçinadır. «M-Finans»-a qədər və sonra o, heç bir biznes fəaliyyəti ilə məşğul olmayıb.

Koçina yalnız 2018-ci ilin iyununda «M-Finans»-ın Baş direktoru olub. Ona qədər şirkətə hansısa bir Yevgeni Xodotov başçılıq edib. «L?Obs» fransız həftəliyi onu «LobayeInvest» şirkətinin direktoru adlandırıb. Bu firmanın adı isə Mərkəzi Afrika Respublikası (MAR) maliyyə və büdcə nazirliyinin (MB) sənədlərində xatırladılır. Həmin sənədlərə görə, «LobayeInvest» ölkədə 3712 kvadrat kilometrlik ərazidə qızılın, almazın və istənilən digər faydalı qazıntıların kəşfiyyatının aparılması hüququ əldə edib. Elə həmin fəaliyyət növü ilə «M-Finans» şirkəti Rusiyada məşğuldur. MAR-da öldürülmüş rusiyalı jurnalistlər – Orxan Camal, Kiril Radçenko və Aleksaqdr Rastorquyev məhz həmin şirkət barədə film çəkirmişlər.


Arayış: Jurnalist Orxan Camal, sənədli film çəkmək üzrə rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko ötən il iyulun 30-da MAR-da öldürülüblər. Onlar «Araşdırmaların idarə olunması mərkəzi»nin sifarişi ilə Rusiyanın «Vaqner» özəl hərbi şirkəti barədə film çəkmək isiəyiblər (faciədən dərhal sonra mərkəz öz fəaliyyətini dayandırıb).

Çəkilişə hazırlıq zamanı Mərkəzin əməkdaşları Priqojinlə əlaqəsi olan jurnalist, «Federal xəbərlər agentliyi»nin əməkdaşı Kiril Romanovskiyə müraciət ediblər. O da öz növbəsində, Martin adlı «fikser»in telefonunu onlara verib. Yazışma zamanı Martin rusiyalı qrupa MAR-da yaşayış sahəsi, sürücü və avtomobil təşkil etməyi boyun olub. Bir sıra araşdırmaçıların fikrincə, məhz həmin «fikser» jurnalistləri «tələ»yə salıb.

Sonradan, İstintaq Komitəsində (İK) bildiriblər ki, gözlənilən film üçün rusiyalı jurnalistlərə 20 min dollar vəd ediblərmiş. Komitə xüsusilə qeyd edib ki, MAR dünyanın ən təhlükəli 10 ölkəsi sırasındadır. Buna baxmayaraq, rusiyalı jurnalistləri heç bir mühafizə ilə təmin etməyiblər. Jurnalistlər MAR-a turist vizası ilə gəliblər və jurnalist akkreditasiyası keçməyiblər.

Yerli KİV-lər MAR-da nümayiş etdirilən «Yuxarıya hərəkət» və «Əfsanə № 17» filmlərinin afişalarından fotolar dərc ediblər. Həmin filmlər məhz «LobayeInvest» şirkətinin dəstəyi ilə nümayiş olunub. «Africa Intelligence» nəşri bu şirkəti «M-İnvest»-in törəmə müəssisəsi adlandırıb. Sonuncunun adı isə Priqojinlə bağlı olduğu bildirilən Piterdəki «M-Finans»-ın adı ilə oxşar səslənir.

Daha qısa zəncir də var. Məsələn, işgüzar kommunikasiyalar şəbəkəsinin saytının əlaqə məlumatlarında [email protected] elektron poçtu göstərilib. Şirkətin rəsmi saytındakı məlumatdan aydın olur ki, bu domen ad «Konkord Keyterinq» MMC-yə verilib. «Konkord Keyterinq» MMC-n rəhbəri isə Yevgeni Priqojindir. Həmin e-mail «İnvestplyüs» şirkətinə aiddir və bir sıra şəxslərin vasitəsilə Priqojinin «Konkord»u ilə balğıdır.

Yazının əvvəlində qeyd etdik ki, «M-Finans» MMC görünən heç bir fəaliyyətlə məşğul deyil. Şirkət heç bir dövlət satınalma tenderlərində iştirak etməyib. Onun girov qismində daşınmaz əmlakı yoxdur. Şirkətin bütün personalı 2017-ci iin sonuna olan məlumata görə, bircə nəfərlə təmsil olunub. Buna baxmayaraq, 2017-ci ilin sonuna onun gəlirləri 127 milyon rub təşkil edib.


«Vaqner»in sorağı təkcə MAR-dan gəlmir. Bu yaxınlarda yerli KİV-in yaydığı məlumatda bildirilirdi ki, «Vaqner»in 300 nəfər müzdlu döyüşçüsü Liviyaya göndərilib – guya bu ölkənin silahlı qüvvələrinin komandanına kömək üçün. Onların Venesuelaya göndərildiyi barədə də məlumat yayılıb.

Bundan da əvvəl dünya KİV-ləri Rusiya muzdlularının Suriyada döyüşdüyü barədə materiallar dərc edib. Hətta bu ölkədə «Vaqner»in 400 nəfərə yaxın muzdlusunun öldürüldüyü barədə məlumat da yayılıb.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, «Vaqner»çilər ayrı-ayrı ölkələrə Rusiya dövlətinin «dobro»su olmadan getmirlər və «rəsmi missiya»dan əlavə, «özəl missiya»nı da yerinə yetirirlər - sözün gerçək mənasında çapovulçuluqla da məşğul olurlar…

Hazırladı: Mirzə AĞ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.