İnternetin yaradıcısı təhlükələrdən danışdı: Getdikcə daha pis olacaq

14-03-2019, 07:29           
İnternetin yaradıcısı təhlükələrdən danışdı: Getdikcə daha pis olacaq
Tim Berners-Li interneti yaratmaqda həyatımızda çox əyləncəli tendensiyanın əsasını qoyub. Amma ixtiraçının özünün internetlə bağlı ciddi narahatlığı var.
Bizimyol.info xəbər verir ki, Berners-Li narazı qaldığı detalları sütun yazısında çatdırıb. Onun fikrincə, şəbəkə ayrı-ayrı məqamlarda ictimai meydançaya, kitabxanaya, həkim kabinetinə, mağazaya, məktəbə, dizayn-studiyaya, ofisə, kinoteatra, banka çevrilir, amma daim internetdən pis məqsədlərlə istifadə buranın xeyirxahlığın gücü olmasına şübhə ilə yanaşmağa əsas verir.

Berners-Li inanır ki, qarşıdakı 30 ildə internet yaxşılığa doğru dəyişməyəcək. İxtiraçı əsas təhlükə kimi ayrı-ayrı dövlətlərin maliyyələşdirdiyi haker hücumlarını, yalan məlumatların yayılmasını və onlayn ünsiyyət mədəniyyətinin aşağı düşməsini göstərib.

Berners-Linin fikrincə, təhlükələri azaltmaq üçün qanunlar və sistemlər olmalıdır: “Biz sadəcə hər hansı hökuməti, hər hansı sosial şəbəkəni, hər hansı insan ruhunu ayrılıqda günahlandıra bilmərik. Qlobal veb-cəmiyyətdə birləşməyə ehtiyacımız var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.