Kasıblığa görə Putinə şikayət edən 12 yaşlı qızın həyatı alt-üst oldu

17-03-2019, 20:16           
Kasıblığa görə Putinə şikayət edən 12 yaşlı qızın həyatı alt-üst oldu
Rusiyanın Pskov vilayətinin Tomsino kəndində yaşayan 12 yaşlı Tasya Perçikova prezident Vladimir Putinə yazdığı məktuba görə həyatı alt-üst olub.
Balaca qız prezidentə məktubunda ailəsinin acınacaqlı durumundan, anasının ağır işdə çalışmasına baxmayaraq, dolana bilmədiklərindən şikayətlənib. Buna görə elə öz həmkəndliləri bir neçə aydır ki, onlara gün verir, işıq vermir. Onlar ailəni dələduzluqda ittiham edirlər, hədələyirlər, hətta sosial şəbəkələrdə Tasyanın çılpaq fotolarını da yayıblar.

Bizimyol.info xəbər verir ki, Tasyanın ailəsi prezidentdən öncə dəfələrlə yerli dövlət orqanlarına üz tutub, amma onlar vətəndaşların şikayətinə heç bir cavab verməyib. Heç Prezident Administrasiyasından da 12 yaşlı uşağın şikayətinə reaksiya yoxdur.

Amma qızın məktubundan təsirlənən və ailənin problemlərinə biganə qalmayan rusiyalılar ianə kampaniyasıyla 1500 dollara yaxın vəsait toplayıblar. Pulu, həmçinin uşaq əşyaları, dəftəxana ləvazimatlarını onlara göndəriblər. Həmin vəsaitə ailə bostan üçün texniki avadanlıq, uşaqlara kitab, paltar və tibbi ləvazimatlar alıb.

Tasya Perçikova danışır ki, onlara yardım gələn kimi, həmkəndliləri qəzəblənib, ailəsinə hücumlar başlayıb. Hətta öz uşaqlarını da onunla oynamağa qoymurlar, onu oğurluqda ittiham edirlər.

Altıncı sinif şagirdi olan Tasyaya "Yerlilər” Fondu kompüter hədiyyə edib. Bundan az sonra sosial şəbəkələrin birində ona bir oğlan yazaraq, tanış olmaq istədiyini bildirib. Qızdan şəkillərini göndərməsini istəyib. Fotoları alan kimi onları müxtəlif şəbəkələlərdə yayıb. Bundan dərhal sonra oğlanın hesabı bağlanıb. Qızın anasının hüquq-mühafizə orqanlarına şikayətindən sonra üzə çıxıb ki, əslində, o, saxta hesab olub və 12 yaşlı qızla yazışanlar onun keçmiş məktəb yoldaşları olub. Amma onlara bu işdə böyüklər yardım edib.

Bununla əlaqədar İstintaq Komitəsi araşdırmaları davam etdirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.