Kişilər zorlanır, hamilə qadınlar... – Keçmiş agentdən TÜKÜRPƏDİCİ İDDİALAR

21-03-2019, 19:44           
Kişilər zorlanır, hamilə qadınlar... – Keçmiş agentdən TÜKÜRPƏDİCİ İDDİALAR
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Gina Haspel Amerika həbsxanalarında işgəncələr proqramında iştirak edirdi.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, hazırda Rusiyada yaşayan Edvard Snouden bildirib.

Edvard Snouden

Onun sözlərinə görə, Haspel işgəncələrin sübutları kimi istifadə oluna biləcək 92 video kasetin məhvini şəxsən əmr edib. Bu işgəncələrə hamilə qadınların döyülməsi, nahardan imtina etmiş kişilərin zorlanması və qandallı şübhəlilərin ölümə qədər dondurulması daxil idi.

Martda “Nyu-York Tayms” qəzeti bildirdi ki, Haspel 2002-ci ildə terrorizmdə şübhəli hesab olunanlara işgəncələri müşahidə edir və Tailandda məxfi həbsxanada amansız dindirmələri təsdiqi olan video kasetlərin məhv edilməsində iştirak edirdi. Onun adı tam məxfi fərmanda yer alıb. Həmin fərmanda işgəncələrə aid bütün görüntülərin məhv edilməli olduğu bildirilirdi.

Gina Haspel

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Trampın MKİ-nin direktorluğuna namizəd göstərdiyi Gina Haspel Senatda 45 səs əleyhinə, 54 səs lehinə olmaqla təsdiqlənib.

Ömər Dağlı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.