Tanınmış şair mediaya səsləndi: - “Ləyaqətiniz olsun!”

25-03-2019, 09:45           
Tanınmış şair mediaya səsləndi: - “Ləyaqətiniz olsun!”
“Zəhmət çəkin, qazandığınız pulların əvəzini ödəyin xalqa, vicdanınız, ləyaqətiniz olsun!”

Bu sözləri Kulis.aza açıqlamasında tanınmış şair Şəhriyar del Gerani “Mirzə Cəlil polemikası”na yer verməyən və ümumiyyətlə elmi, ədəbi debatlara yer verməyən mediaya səslənərək söyləyib.

Daha sonra şair bu məsələ ilə bağlı konkret təkliflər verib:

“Şükür, texnologiya imkan verir, təklif edirəm silsilə debatlar təşkil edilsin, sözümüzü deyək, canlı polemikamızı edək. Canlı debatlar üçün şərait yaradın, xahiş edirəm! Yoxsa, dıydıq adamlar hərəsi bir yerdə bir yazılı mühakimə yürüdür, özündən alim, professor uydurur. Gəlsinlər canlı, diri söhbətlərə, görək, nə oxuyublar, nə yaşayıblar, ümumiyyətlə, nə istəyirlər? Konkret olaraq, "Molla Nəsrəddin"in, Mirzə Cəlilin fəaliyyəti üzərindən nə deyə bilirlər? Nəyi uyğun görürlər çağdaş Azərbaycan gəncliyi üçün?”

Şəhriyar del Gerani fikrini davam etdirərək konkret adlar da çəkib:

“Agalar Qut, Miyazi Mehdi, Rüstəm Behrudi, Qulu Məhərrəmli, Səfər Alışarlı, Saday Budaqlı, Etimad Başkeçid, Azər Turan, fəlsəfi tənqidçilər - Cavanşir Yusifli, İradə Musayeva, Əsəd Cahangir, Müşfiq Şükürov, şairlərdən Vaqif Bayatlı, Ramiz Rövşən, Həmid Herisçi, Salam Sarvan, Xanəmir Telmanoğlu, Aqşin Yenisey, Qismət, Fərid Hüseyn və sairələrini çağırın, danışaq. Yalandan ömrü günə verməyin. Təklif edirəm, bir az ciddi, bir az da ayıq olaq.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.