Bu gün Ağa Yusif Dadaşovun ermənilər tərəfindən vəhşicəsinə qətl edilən günüdür

26-03-2019, 11:32           
Bu gün Ağa Yusif Dadaşovun ermənilər tərəfindən vəhşicəsinə qətl edilən günüdür
Bu gün Mart qırğınlarının general qurbanı , Azərbaycanlı zadəgan, milyonçu və xeyriyyəçi,Azərbaycanın siyasi həyatında adı böyük hörmətlə çəkilən Ağa Yusif Dadaşovun insanlığa sığmayan şəkildə ermənilər tərəfindən öldürüldüyü gündür
Azərbaycanda milli hökumətin yaradılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Dadaşov 1918-ci il martında vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq Bakıya çoxlu silah gətirtdirir və xalqı silahlandırır. O, bu işə bütün ətrafını səfərbər edir. Rus qoşunları Bakını əhatə etdiyindən şəhərdə xüsusi vəziyyət yaranmışdı. Yalnız yüksək rütbəli general gizli, həm də yoxlanılmadan nə isə edə bilərdi. Bu səbəbdən Ağa Yusif hər yana özü gedər, kisələrlə qızıl xərcləyib Bakının müdafiəsinə qalxarmış.

Onu məhv etmək üçün çox pusqular qururlar. Hətta bir dəfə güllə onun düz ürəyinə tuşlanır, amma döşündə gəzdirdiyi Quran onu qoruyur.

1918-ci ilin 26 martında növbəti dəfə Ağa Yusif Zirə kəndinə silah ardıyca Rusiyaya göndərdiyi gəmiləri qarşılamağa gedir, silahları qəbul edir, silahları arabalara yüklətdirib geri qayıdarkən S.Lalayanın quldur dəstəsi ilə qarşılaşır. S.Lalayan ona qılıncının altından keçməyi əmr edir. Dadaşov isə öz növbəsində deyir ki:

" Mən türkəm. Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz "
Bu cavabdan sonra hiddətlənən daşnaklar onu işgəncə ilə xəncərlə doğranır… Amma ölümü bahasına silahları əliyalın əhaliyə çatdıra bilir... Öldürülərkən hərbi geyimdə olur üzərində olan üstü brilyant, almaz və yaqutla süslənmiş saysız-hesabsız orden-medallar da beləcə yoxa çıxır. Qəbrinin yeri hələ də bilinmir. Nəslin yaşlıları onun cəsədinin mart qırğınlarında öldürülən insanlarla birgə toplu məzarlıqlarda dəfn olunduğunu ehtimal edirlər...
Tanrı ruhunu şad eləsin ...
Baba Allahnezerov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.