“Qarabağ qaziləri” birliyinin yeni seçilən sədri kimdir - MƏLUMAT

26-03-2019, 21:03           
“Qarabağ qaziləri” birliyinin yeni seçilən sədri kimdir - MƏLUMAT
Yığıncaqda iştirakçıların yekdil səsverməsi ilə 2-ci qrup Qarabağ qazisi Əliyev Asəf Kərim oğlu “Qarabağ qaziləri” ictimai birliyinin sədri seçilib. QAZİLER.AZ saytı Asəf Əliyev haqqında məlumatı təqdim edir.


Əliyev Asəf Kərim oğlu 1965-cü ildə, fevralın ayın 27-də Ağdam rayonunun Paprəvənd kəndində anadan olub.

1983-85 - ci illərdə sovet ordusu sıralarında Monqolustan Xalq Respublikasında hərbi xidmətdə olub.

1990-1994 - cü illərdə Qarabağda erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib. Əsasən Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyevin batalyonunda
döyüşüb. Ağdərə istiqamətində aparılan döyüşlərdə müxtəlif vaxtlarda üç dəfə yaralanıb, 2-ci qrup Qarabağ əlilildir.

1992-ci ildə yaradılan Qarabağ Əlillər Cəmiyyətinin idarə heyətinin üzvü olub, 2001-ci ildən yaradılan “Qarabağ qaziləri” ictimai birliyinin idarə heyətinin üzvüdür.

Ali təhsillidir.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Asəf Əliyev Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi döyüşçü, şəhid Vəzir Orucovun xalası oğludur.

Xatırladaq ki, birliyin sədri, Baş qazi Ehtimad Əsədov 2018-ci il oktyabrın 16-da vəfat edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.