Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

15-04-2019, 08:23           
Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı
Diş məcunu ilə bağlı maraqlı məlumat açıqlanıb.

Modern.az xəbər verir ki, fransalı alimlər araşdırma aparıblar və belə nəticəyə gəliblər ki, insanlar hər səhər az miqdarda zəhər qəbul edirlər.

Diş məcununun tərkibini araşdıran mütəxəssislər bütün növ diş məcunlarında insan orqanizmi üçün təhlükəli olan titan dioksidinin yer aldığını müəyyən ediblər. Siçovullar üzərindəki təcrübələrin nəticələri bu maddənin onkoloji xəstəliklərin inkişafına təkan verdiyini sübut edir.

Titan dioksidi ucuz rəngləyici olduğunundan istehsalçılar bu maddədən əksər məhsullarda istifadə edirlər. Lakin araşdırmalar göstərir ki, titan dioksidi ürək, qara ciyər, böyrək və mədə-bağırsaq sisteminə təsir göstərir, immuniteti zəiflədir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.