“Azərişıq”ın dələduzluğu məhkəmə qərarı ilə təsdiqləndi

19-04-2019, 17:07           
“Azərişıq”ın dələduzluğu məhkəmə qərarı ilə təsdiqləndi
Məhkəmə vətəndaşın ödədiyi 12790 manatın geri qaytarılmasına qərar verib
Xaçmaz rayon məhkəməsi vətəndaş Şahbazova Aygül Əsgər qızının “Azərişıq”a qarşı iddiasını təmin edib.

Az24saat.org xəbər verir ki, Xaçmaz Regional Elektrik Şəbəkəsi özbaşnalığı və dələduzluqundan əziyyət çəkən vətəndaş məhkəmə yolu ilə pulunu geri ala bilib.

İddiaçı Şahbazova Aygül Əsgər qızı Xaçmaz şəhərində yerləşən həyətyanı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub. “Azərişıq” ASC nin Xaçmaz şəbəkə rayonunun mühəndisləri elektrik sayğacına qanunsuz müdaxilə olunduğunu bildirərək mənzilin enerji təminatını dayandırıb. 18.11.2016 cı ilə fakla əlaqədar olaraq 006509 saylı akt tərtib edilib. Müxtəlif təzyiqlərdən sonra vətəndaşa razılaşma protokoluna imza atdırıblar. Bunun müqabilində isə ona mənzilin elektrik enerjisi ilə təminatı söz verilib. Vətəndaşa 9 min manat cərimə ödətdirilib. Şərt qoyulub ki, daha 4300 manat ödənməlidir. Şahbazova Aygül Əsgər qızına ümumilikdə 12790 manat “cərimə” ödətdirilib.

Bundan sonra vətəndaş məhkəməyə müraciət edib. Məhkəmədə isə məlum olub ki, yazılan akt və protokol qanunsuzdur.
“Azərişıq” ASC-nin “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilən hər iki sənəd ləğv edilib və vətəndaşın ödədiyi 12790 manatın geri qaytarılması barədə qətnamə çıxarılıb.

“Azərişıq” isə bu işdə günahının olduğunu bildiyi üçün qətnamədən apelyyasiya şikayəti də verməyib.

Az24saat.org qeyd edir ki, həmin vaxt Xaçmaz şəbəkə rayonunun rəisi Ramil Məmmədov olub. Saytımıza daxil olan məlumata görə, hazırda Quba rayonunda rəis olan Ramil Məmmədovun vaxtında bir çox vətəndaşlara bu cür “cərimələr” yazılıb və ödətdirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.