Lütfi Zadə ilə Rafiq Əliyevin dünya elminə səs salacaq kitabı çap olunub – FOTO-ANONS

26-04-2019, 07:53           
Lütfi Zadə ilə Rafiq Əliyevin dünya elminə səs salacaq kitabı çap olunub – FOTO-ANONS
XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin dünyaya baxışını dəyişən dahi Lütfi Zadənin kitabı vəfatından sonra işıq üzü görüb.

Qeyd edək ki, “Fuzzy Logic Theory and Applications” (Qeyri-səlis məntiq –nəzəriyyə və tətbiqetmələr) kitabı qeyri-səlis məntiqin daha bir pioneri, dünyaca tanınmış məşhur alim, professor Rafiq Əliyevlə birlikdə yazılıb. Dünyanın məşhur və ən nüfuzlu elmi nəşriyyatı olan “World Scientific”də çapdan çıxan kitab Lütfi Zadənin nə qədər maraqlı da olsa sayca, cəmi ikinci kitabıdır.

Bütün həyatını elmə həsr edən Zadə ömrünün son illərində qeyri-səlis məntiqə aid bərabər kitab yazmağı professor Rafiq Əliyevə təklif edir. Zadənin ömrü kitabı tam çap edib, onun nəşrini görməyə əta etməsə də, Rafiq Əliyev uzunmüddətli iş və böyük zəhmət hesabına bu dəyərli elmi əsəri ərsəyə gətirib.

Dünya elmində əsl hadisə sayılacaq kitabın çapı barəsində Moderator.az-a professor Rafiq Əliyev məlumat verib. Yenicə çap olunmasına baxmayaraq, artıq dünyanın bir sıra ölkələrinin ən məşhur universitetləri Lütfi Zadə və Rafiq Əliyevin həmmüəllifi olduğu kitabı əldə etmək şansını qaçırmayıblar.



Kitab barəsində qısa məlumat:

Lütfi Zadə ömrü boyu ən mürəkkəb elmi nəzəriyyələri də özü kitablaşdırmayıb. O, hər nəzəriyyə haqqında məqalə yazar, onların vasitəsilə ideyalar verərdi. Daha sonra isə həmin məqalə yüzlərlə kitabın yazılmasına səbəb olardı. Amma təəssüf ki, hər zaman məqalələrə üstünlük verən Lütfi Zadə ömründə ilk dəfə olaraq, özünün yazmaq və qismən də həyatını əks etdirmək istədiyi kitabın çapına maraqlı olur. Zadə kitab üzərində bir müddət elmi varisi Rafiq Əliyevlə bərabər çalışıb.
Kitab qeyri-səlis məntiq nəzəriyyəsinə aid ikihissəli topludur. Birinci hissəsi Rafiq Əliyevlə Lütfi Zadənin özü tərəfindən yazılıb və qeyri-səlis məntiq nəzəriyyəsinin yaranma tarixi, metodologiyası, tətbiq sahələri, yeni perspektivləri barədədir.

İkinci hissədə isə qeyri-səlis məntiqin tətbiq olunduğu hər elm sahəsinin bir mütəxəssisinin məqaləsi yer alacaqdı. Məsələn, qeyri-səlis məntiq nəzəriyyəsi fizikada tətbiq olunub. Bu tətbiqi ən yaxşı həyata keçirən fizikin məqaləsi kitaba daxil ediləcəkdi. O cümlədən, kimya, tibb, iqtisadiyyat və s.

Qeyd: Moderator.az-ın əməkdaşı professor Rafiq Əliyevdən adıçəkilən kitab -“Fuzzy Logic Theory and Applications”barəsində geniş müsahibə alıb. Professor dünya elminə səs salacaq kitab barəsində müfəssəl danışmaqla yanaşı, qeyri-səlis məntiqin hazırki və gələcək nailiyyətlərindən, eləcə də bir sıra maraqlı elmi müddəalardan söz açıb.

Geniş müsahibəni tezliklə diqqətinizə çatdıracağıq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.