ƏL-BAĞDADİNİN QƏFİLDƏN XORTLAMAĞI QƏRB XÜSUSİ XİDMƏTLƏRİNİ ÇAŞDIRDI:İŞİD lideri cihadı davam etdirməyə çağırır - Araşdırma

6-05-2019, 00:00           
ƏL-BAĞDADİNİN QƏFİLDƏN XORTLAMAĞI QƏRB XÜSUSİ XİDMƏTLƏRİNİ ÇAŞDIRDI:İŞİD lideri cihadı davam etdirməyə çağırır - Araşdırma
Şəmsəddin ən-Nəkaz

Noonpost (Misir), 03.05.2019



Dünya Əbubəkr əl-Bağdadini ilk dəfə 2014-cü ildə Ramazan ayında görüb. İŞİD təşkilatının lideri beş il yox olduqdan sonra bu müqəddəs ayın başlanğıcından bir həftə qabaq qayıdıb ki, ölümü haqda şayiələri dağıtsın. Onun bir sıra əmirlərin və təşkilatın aparıcı liderlərinin əhatəsində öz sağlamlığını təsdiq etdiyi 18 dəqiqəlik videoçarx bundan danışır.

Əl-Bağdadinin meydana çıxması hətta liderin qruplaşma döyüşçülərinin iştirakıyla öz yardımçıları ilə ünsiyyətdə olduğu belə videoçarxın buraxılması imkanı haqda son zamanlar məlumat verməyən Qərb xüsusi xidmətləri üçün də gözlənilməz olub. İŞİD-in son beş ildə məruz qaldığı böyük itkilərə baxmayaraq, materialın dərci diqqətlə planlaşdırılıb. Videoyazıda əl-Bağdadinin təşkilatın sağ qalan başçıları ilə söhbətini seyr etmək olar. Ekspertlər videoçarxın məzmununa varmazdan qabaq nəticəyə gəliblər ki, terrorçulaırn “əl-Furqan” media mərkəzi təsvirin keyfiyyəti, redaktə və qrafikaya sorumlu aparıcı kadrlar aradan götürüldükdən sonra ciddi ziyan çəkib. Son video əksini sübut etmək, rakursları və başqa xarakteristikaları dəyişdirmək cəhdinə baxmayaraq, işlədilən texnika və çəkiliş alətləri baxımından qabaqlar buraxılan yazılara bənzəmir.

əl-Bağdadi videoda xına yaxılmış saqqalla sağlam görünərək bildirir ki, on ildən çox gizləndiyinə və bir yerdən başqasına qaçdığına baxmayaraq, ziyan çəkməyib. Hava bombardmanları nəticəsində yaralandığı haqda İraq hökumətinin çoxlu bəyanatlarına baxmayaraq onun əllə hərəkət etmək bacarığı təsdiq edir ki, sağlamdır, iflic olmayb və əlil deyil.

Əbubəkr əl-Bağdadi hətta köməkçilərilə yazılmış görüşün gedişində də özünün Rusiya avtomatından və partladıcılı qurşağından imtina etməyib. Aydındır ki, İŞİD lideri düşmənin girovu olmamaq üçün öz silah və qurşağını heç bir şəraitdə buraxmır. Terrorçuların liderinin narahatlığını bəzi kadrlarda izləmək olar, çünki onu çevrələyən adamların buraxdıqları istənilən yanlış onun sığınacağının bombalanmasına və çevrəsindəkilərin hamısının məhvinə səbəb ola bilər.

əl-Bağdadi İŞİD döyüşçülərinin Suriyada bir aydan yuxarı bir vaxtda məğlub olduqları əl-Bəhuzdakı döyüşlərindən danışıb. 5 əmir əl-Bəhuz vilayətindən söz açıb. Bunlar Əbu Əbdül-Rəhman əl-Ankari ət-Təmimi, Əbu Hacər Əbdülsəməd əl-İraqi ət-Tələbi, Əbu əl-Valid əs-Sinəvi, Əbu Ədbülqəni əl-İraqi və Əbu Musab əl-Hicazidir. Lider təşkilat döyüşçülərinin mətinliyindən və “amansız xaç yürüşü”nün gedişindəki təmkinindən və əl-Bəhuz bölgəsinin mühasirəsindən danışıb.

İŞİD başçısı yardımçılarla görüşdə “kütləvi informasiya vasitələrinin qəhrəmanları” adlandırdığı adamlara – Avstraliyadan Əbu Abdulla, Həddad əl-Kəhtani, Əbu Cihad əş-Şişani, Əbu Ənəsə Fəbyan və qardaşı Əbu Osmana da göz yaşı tökməyə girəvə tapıb. Onlar əl-Bəhuz uğrunda döyüşlərdə öldürülüb. əl-Bağdadi onların İŞİD-in media imperiyasının fəaliyyətinə böyük töhfəsini yada salıb.

Əl-Bağdadinin yardımçıları toplantının gedişində təhlükəsizlik səbəbindən öz üzlərini ötrüblər. Onların lideri Bayca, Mosul, Sirt və əl-Bəhuzda döyüşləri xatırladıb və yada salıb ki, xilafətin car çəkildiyi andan bəri təşkilatın ümumi yanaşması dəyişilməyib. əl-Bağdadi təşkilat döyüşçülərinin öldürüldüyü, yaralandığı və ailələrinə görə qisas almağa söz verərək göstərib ki, yatmış özəklər və “yalquzaqlar” özəlliklə Şamın intiqamını almaq üçün 8 ölkədə 92 hücum həyata keçirəndən sonra daha bir savaş olacaq.

əl-Bağdadi Liviya, Əfqanıstan, Mali, Burkina-Faso və Səudiyyə Ərəbistanından danışıb. Onun sözlərinə görə, İŞİD-in savaşı rəqibin və onun insan, hərbi, iqtisadi və maddi-texniki resurslarının tükənməsi üçün döyüşdür. Təşkilatın Afrika filialları liderlərdən biri Əbu əl-Valid əs-Səhravinin adından İraq və Suriyadakı qardaşlarına görə qisas kimi Fransa və müttəfiqlərinin maraqlarına ziyan vurmaq qəsdilə müntəzəm hücumlardan danışıb.

Siyasi hadisələrə gəlincə, Əbubəkr əl-Bağdadi İsrail hökumətinin başçısı Benyamin Netanyahunun son seçkilərdə qələbəsini prezident Əbdüləziz Buteflikanın istefasını və Sudan prezidenti Ömər əl-Bəşirə qarşı çevrilişi yada salıb.

“əl-Furqan” videoyazı ilə birgə əl-Bağdadinin əl-Bəhuzda döyüşçülərin həlakına cavab olaraq Şri-Lankada kilsəyə və başqa ictimai yerlərə qanlı hücumlardan danışdığı videoyazını da yerləşdirib. Onun sözlərinə görə, Şri-Lanka cihadçıları ona sədaqət andı içiblər ki, bu da bu ölkədə teraktların sürməsi imkanından danışır. Bundan başqa, “yalquzaqlar”ı terakt təşkilatçılarının örnəyini izləməyə çağırıb.

əl-Bağdadi videoyazının sonunda iştirakçıların hamısı ilə söhbət edir və sonra biriyilə dialoq aparır. Ona Somali, Yəmən, Türkiyə kimi ölkələrlə bağlı kitablar verir, burada bu yaxınlardakı teraktların siyahısı var. Videoyazının və əl-Bağdadinin açıq və gizli ismarıclarının açılışı vaxt tələb edə bilər, çünki bunun indiki video kimi meydana çıxması beş il qabaqkı yazılardan seçilir. Bu o zaman minlərlə müsəlmanın ziyarət etdiyi məsciddə cümə moizəsi vaxtı İŞİD liderinin çıxışı idi. Son videoçarxa gəlincə, onda Əbubəkr əl-Bağdadinin inandığı yardımçılarına, habelə onların arxasında duran döyüşçülərə üz tutduğu yığıncaq həkk olunub.

əl-Bağdadinin ilk çıxışı Mosulda 2014-cü ildə Ramazan ayında böyük məsciddə olub. Bu, “islam xilafəti”nin qayıdışı və onun müsəlmanların xəlifəsi kimi təyin edildiyi haqda elan idi. 2014-2015-ci illərdə bir sürü döyüşçü beynəlxalq kioalisiyanın müdaxiləsinin dayandırdığı görünməmiş ekspansiya çərçivəsində Suriya və İraqın çoxlu şəhərini ələ keçiriblər. İndi isə onun çıxışı xilafətin sonu barədə aşkar xəbər və prioritet kimi düşmənlərlə mübarizənin qayıdışıdır.

İŞİD liderinin videosunun indi görünməsi təsadüf deyil. O, beynəlxalq koalisiya üzərində mənəvi qələbəni və təşkilatın xəlifənin onların maraqlarının qayğısına qaldığından və dünyada baş verən hadisələrlə maraqlandığından şübhələnməyə başlayan tərəfdarlarına inam aşılamaq cəhdini rəmzləşdirir. Onlar 2013-cü ilin ortalarında Şama ekspansiyaya qədər olduğu kimi bu gün səhralara səpələniblər və İŞİD liderinin videosunun ortalığa çıxması Qərbdəki “yalquzaqlar”ı “xilafət”in məhvinə səbəb olmuş dövlətlərə qarşı teraktklar həyata keçirməyə itələyir.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.