MTRŞ-dən Vahid Mustafayevin ANS-lə bağlı açıqlamasına reaksiya: "Nə bilim ki, bu, həqiqətdir, yoxsa yox..."

6-05-2019, 18:35           
MTRŞ-dən Vahid Mustafayevin ANS-lə bağlı açıqlamasına reaksiya: "Nə bilim ki, bu, həqiqətdir, yoxsa yox..."
Xəbər verdiyimiz kimi, ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Azərbaycan Respublikasının Baş Prokurorluğundan ANS-ə tam bəraət qazandıran məktub aldığını açıqlayıb.
V.Mustafayevin sözlərinə görə, məktubda 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığının tam sübuta yetirildiyi bildirilib.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev Modern.az-a deyib ki, rəsmi sənədlə tanış olmadan konkret fikir bildirməkdə çətinlik çəkir: “Məlumatım olmadığı üçün nə deyə bilərəm? Hazırda mənim əlimdə Baş Prokuroluğun sənədi yoxdur bilim ki, bu, həqiqətdir, yoxsa yox. Mən o sənədi görməmiş heç nə deyə bilmərəm”.
A.Hacıyev “Bu sənədi görəcəyiniz və deyilənlərin həqiqət olduğuna əmin olacağınız təqdirdə ANS-in fəaliyyəti bərpa oluna bilərmi” sualına cavabında “Bilmirəm, sənədi görəndən sonra danışarıq”,- cavabını verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.