Azərbaycanda benzin maya dəyərindən neçə dəfə baha satılır? - RƏQƏMLƏR

7-05-2019, 13:00           
Azərbaycanda benzin maya dəyərindən neçə dəfə baha satılır? - RƏQƏMLƏR
Hazırda dünya bazarlarında Aİ-95 markalı avtomobil benzininin 1 tonunun orta qiyməti 600 dollara bərabərdir. Bu o deməkdir ki, 1 litr benzin dünya bazarlarında 46 sent və ya 78 qəpiyə satılır.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda satılan benzinin qiyməti bundan təxminən 2 dəfə bahadır. Hazırda Aİ-95 markalı avtomobil benzininin 1 litri 1,5 manat təşkil edir.
Onu da bildirək ki, ötən il Azərbaycana xarici ölkələrdən 57,7 min ton Aİ-95 markalı benzin idxal olunub və ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 1,3 manat olub.
Məlumat üçün bildirək ki, Azərbaycanda daha çox ölkə daxilində istehsal olunan Aİ-92 markalı benzin satılır ki, bunun da 1 litrinin qiyməti 90 qəpik təşkil edir.
Qeyd edək ki, Azərbaycanda benzinin maya dəyəri rəsmi şəkildə açıqlanmır. Yalnız istehsalçı şirkətdən çıxış qiyməti qeyd olunur ki, bu "maya dəyəri" olaraq qəbul olunur. Hazırda Aİ-92 markalı benzin şirkətdaxili qiyməti 47 qəpiyə bərabərdir və bunun üzərinə 42% aksiz vergisi əlavə olunur.
Məlumat üçün onu da qeyd edək ki, 1 barel (159 ltr) xam neftdən 16 litr benzin, 32 litr dizel, 24 litr təyyarə yanacağı, 83 litr mazut, 1 litr qaz, 6 kq neft koksu, 1,5 kq kömür, 12 balon propan, tort ucun 170 şam, 1 litr motor yağı alınır. Emal prosesi zamanı neftin 4 litri itkiyə gedir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.