Strateji rəqabətin “qaynar nöqtəsi”:SƏUDİLƏR "İRAQ KÖKƏSİ"Nİ İRANLILARIN ƏLİNDƏN QAPMAQ İSTƏYİR

10-05-2019, 00:03           
Strateji rəqabətin “qaynar nöqtəsi”:SƏUDİLƏR "İRAQ KÖKƏSİ"Nİ İRANLILARIN ƏLİNDƏN QAPMAQ İSTƏYİR
Abbas Əli Lavati, Donna Əbu-Nəsr

“Bloomberg”, 09.05.2019



Səudiyyə Ərəbistanı ilə İraq arasındakı sərhəd qum xəttidir və son 30 ildə Yaxın Şərqin qeyri-sabitliyi haqqında çox şey söyləyir.

Səddam Hüseynin Küveyti işğal etməsindən, Körfəz müharibəsindən sonra, 1990-cı illərdə o bağlanıb. Səudilər 2006-cı ildə məzhəbi şiddətin artmasına görə sərhəddə 7 milyard dollarlıq divar hörmək istəyiblər. İŞİD-in yüksəlişi səltənəti 900 kilometrlik sərhədi gücləndirməyə vadar edib.

Ekstremist döyüşçülər İraqdan çıxarılandan Səudiyyə Ərəbistanı bu bölgədə ticarəti yaxşılaşdırmaq üçün quru keçidi yenidən açmağa hazırlaşır. Krallıq şiə düşməninin təsirini məhdudlaşdırmaq üçün İraqı özünə müttəfiq təyin edib.

Səudilər diplomatik və maliyyə əzələlərini hərəkətə gətirir. Nazirlik və biznes nümayəndə heyəti keçən ay İraqı ziyarət edərək, inkişaf layihələrinə 1 milyard dollar sərmayə qoymağı və Bağdadda konsulluq açmağı vəd edib. Səudiyyə Ərəbistanı, həmçinin bir stadion və hökumətin dəstəklədiyi yayım qurğusu qurma təklifi ilə yumşaq güc taktikasından da yararlanıb. MBS bu yaxınlarda İraq üçün xüsusi TV kanalının açılacağını elan edib. Səltənətdəki din adamları da şiələr əleyhinə ifadələrini yumşaldıblar.

Səudiyyə Ərəbistanı Şurasının Xarici Əlaqələr Komitəsinin üzvü İbrahim əl-Nahasın fikrincə, Səudiyyə Ərəbistanının məqsədi Bağdadda hakimiyyəti İranın maliyyələşdirdiyi könüllü hərbi qurumlardan qorumaq və onun Ərəb Dünyasına qayıdışını dəstətləkləməkdir.

Əl-Nahas ötən həftə Riyadda verdiyi müsahibəsində deyib: “Biz İraqın güclü ölkə olmasını istəyirik. Səudiyyə Ərəbistanının İraqla yaxınlaşması İranın İraqdakı və bütün bölgədəki təsirini azaldacaq”.

ABŞ-ın 2003-cü ildəki işğalından və şiələrin hakimiyyətə gəlməindən sonra İraqda qeyri-ərəb İran üstünlük təşkil edib. Səudiyyə Ərəbistanı artıq İraqı Tehranın nəzarətində olan kukla dövləti deyil, İrana potensial rəqib olaraq qiymətləndirir. O göstərmək istəyir ki, problemi şiələrlə deyil, Ərəb Dünyasına müdaxilə etdiyinə inandığı İrandır.

Cənubda, Yəməndə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman İranın dəstəklədiyi üsyançılara qarşı fəlakətli hərbi kampaniyası aparır. Bu və köşə yazarı Camal Xaşuqcinin öldürülməsi qərbli müttəfiqlər tərəfindən qınanıb.

Qırmızı dənizdə, Qərb cəbhəsində, Sudanda səudilər İranla müttəfiq rejimi təqib ediblər. Krallıq və Birləşmiş Ərəb Əmirliklərinin ən yaxın müttəfiqi, keçən ay devrilmiş diktator Ömər əl-Bəşirdən sonra Afrika ölkəsi üçün 3 milyard dollarlıq iqtisadi dəstək paketi ayırılıb.

Sünni Ərəb Dünyasında ən böyük şiə əhalisi olan İraq Səudiyyə Ərəbistanına ehtiyaclıdır, çünki rəsmi Bağdad iki gücdən də faydalanmağa çalışır.

İraq baş naziri Adil Əbdülmehdi ötən ay Riyadda rəsmi səfərdə olub və 13 razılaşma imzalayıb. Səudiyyə Ərəbistanı qonşusunun iqtisadiyyatına 1 milyard dollar nəql etməyi vəd edib. İki ölkə 2017-ci ilin oktyabrında başlayan və bu ilin oktyabr ayına planlaşdırılan Arar keçid məntəqəsinin yenidən açılması ilə diplomatik kulminasiyaya çatmaq istəyir.

Əbdülmehdi səfərdən əvvəl deyib: “Biz Krallıqla əlaqələrdə böyük dönüşə şahid oluruq”. İraq Ticarət Nazirliyinin sözçüsü Məhəmməd Hanun isə bildirib ki, Səudiyyə İŞİD-in məğlubiyyətindən sonra ölkəni yenidən qurmağı, enerji və əkinçilik təcrübəsini İraqda inkişaf etdirməyə kömək edə bilər. “Qapı geniş açıqdır”.

Səudiyyənin pula sahib olmasına baxmayaraq, İranın mövcudluğunu azaltmaq çətindir. Doğrudur, hələ də İraqda yerləşdirilən heyəti ilə ABŞ-dan da dəstək var.

Dövlət katibi Mayk Pompeo İraq liderlərini İranlı qüvvələrdən və onunla müttəfiqlikdən çəkinməyə çağırmaq üçün Bağdada qəfil səfər edib. Vaşinqton nüvə sazişindən çıxdıqdan sonra İran əleyhinə sanksiyaları artırıb. Tehran hökuməti bildirib ki, 60 gün ərzində Avropanın bir yol tapa bilməyəcəyi təqdirdə, uranı zənginləşdirməni yenidən bərpa edəcək.

Sinqapurdakı Beynəlxalq Araşdırmalar Məktəbi və onun Yaxın Şərq İnstitutunun baş elmi işçisi Ceyms Dorsinin sözlərinə görə, Səudiyyə Ərəbistanı İraqda “nisbətən uğurlu olub”. “Ancaq vədləri yerinə yetirmək vəzinə, iranlılardan fərqli olaraq, bunu etmək üçün pulları olduğunu göstərməlidirlər”.

Həqiqətən, İraq iqtisadiyyatından siyasətə və güclü şiə milislərinə qədər İranın nüfuzu böyükdür.

İslam Respublikası 2017-ci ildə İraqa 1,66 milyard dollarlıq pomidor məhsulu ixrac edib və donuz yağından tutmuş insan saçına qədər ölkənin ən böyük idxal qaynağıdır.

2016-cı ildə ərəb ölkəsinin beşinci ən böyük qeyri-neft ixracatçısı olan İran 2017-ci ildə Çini də idxalda ötüb keçib. İraq süpermarketlərinin rəfləri ucuz Türkiyə və İran məhsulları ilə dolub-daşır.

Əl-Nahas deyib ki, krallıq 2006-2014-cü illər arasında hakimiyyətdə olmuş keçmiş İraq baş naziri Nuri əl-Maliki ilə yola çıxmağa çalışıb, amma bu heç bir fayda verməyib. “O, İraqın İranın bir hissəsi olması üçün çalışırdı”.

ABŞ, İrandan təbii qaz və elektrik enerjisini almamaq üçün İraqı küncə sıxarkən, prezident Həsən Ruhani Amerika sanksiyalarının təsirini azaltmaq üçün daha çox satış etmək istəyir. Ruhani mart ayında Bağdada üçgünlük səfəri zamanı deyib: “İraqda olma öz ölkəmdə olma kimidir. Bu zəiflədilə biləcək əlaqə deyil və biz onu daha da gücləndirməyə hazırıq”.

İki ölkə arasında nəqliyyat və ticarət müqavilələri imzalanıb, viza ödənişləri ləğv edilib. Ruhani qarşılıqlı ticarəti 12 milyard dollardan 20 milyard dollara artırmağı planladığını açıqlayıb.

“Əl-Ərəbiyyə” xəbər saytının baş redaktoru Məhəmməd əl-Yəhya bildirib: “Riyadda İraqın İranla münasibətləri kəsəcəyini düşünmürlər”.

Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.