Marian çökəkliyinin dibindən plastik tullantı tapılıb

15-05-2019, 06:49           
Marian çökəkliyinin dibindən plastik tullantı tapılıb
Amerikalı tədqiqatçı Viktor Veskovo dünya okeanının ən dərin yeri olan Marian çökəkliyinin dibinə enməklə sözügedən dərinliyə tək dalma üzrə rekord müəyyən edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "LiveScience" portalı yazıb.

O, son üç həftə ərzində "Five Deeps" ekspedisiyası çərçivəsində Marian çökəkliyinə üç dəfə düşüb.

"Veskovo DSV Limiting Factor" sualtı qayığı 3,5-4 saat ərzində 10 927 metr dərinliyə enib. Onun sözlərinə görə, dünya okeanının dibi soyuq və sakitdir.

Enmə zamanı tədqiqatçı xərçəngkimilərin dörd növünü kəşf edib.

Veskovo həmçinin dünyan okeanının çirklənməsinin şahidi olub. O, Marian çökəkliyinin dibindən plakstik paket və konfet kağızı tapıb.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.