Tənqidçi şairə, “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın müəmmalı qətli

17-05-2019, 00:00           
Tənqidçi şairə, “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın müəmmalı qətli
Qətldən bir neçə müddət əvvəl...

Uzun illər məhkəmə çəkişmələrində səhhətini bərbad edən, klli miqdarda maliyyə xərcləri sərf edən Nəcimə Babayevanın iştirak etdiyi son məhkəmə prosesi Sumqayıt Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyası tərəfindən 2010-cu ilin iyun ayının 8-də keçirilir.
Nəcimə Babayeva bu prosesdə qalib gələrək, məhkəmə qətnaməsini götürəndən sonra artıq ailə üzvlərinə, məhz bu qələbəyə görə öldürüləcəyini bildirir.
Məhkəmə keçirilən gündən, qətlə yetirildiyi ana qədər, Nəcimə Babayeva mütəmadi olaraq ailəsinə, bu qələbinin ona bağışlanılmayacağını, konkret adlar çəkərək, həmin şəxslər tərəfindən öldürüləcəyini tam əminliklə bildirir. Ailədaxili münasibətlər olduqca səmimi və aşkar olduğu üçün, hər bir xırda məsələni belə “ümumi” müzakirələrlə həll edildiyindən, Nəcimə Babayeva və övladları düşünürlər ki, təhlükəsizliyi təmin etmək məqsədi ilə şairə xanım evdən bayıra çox çıxmasın. Hətta Nəcimə xanım dəfələrlə özünün ölüm səhnəsini təsvir edərkən, hardasa yolda avtoqəza vasitəsilə qətlə yetirilmə ehtimalını irəli sürür. Çünki, Nəcimə xanımın yaşadığı ünvan, əslində başqa cür qətllər üçün münasib sayıla bilməzdi.
Diqqətlə fikir verməli olduğumuz bir neçə detal var:
1) Nəcimə xanım rayon prokuroru Rasim Məlikovun qonşusu idi. Buna görə də, onun nə vaxtsa evdə qətlə yetirilə biləcəyi ehtimalını istisna ediblər.
2) Nəcimə xanımın yaşadığı ərazidə, yəni Müşkür küçəsində küçələr olduqca darısqal, yaxınlıqda daim kiminsə olduğu park, kafe və polis bölməsi yerləşir.
3) Nəcimə xanım sonuncu qətnamədən sonra, evin qapısını bərk-bərk bağlayar, hətta bəzən bağlandığını dəfələrlə yoxlayardı. Bəzən bir gecədə 5 dəfə qapının yaxşı bağlanıb-bağlanmadığını yoxlayıb.

Məlumdur ki, qatil əgər bir nəfəri öldürəcəksə, həmin olayı törədəcəyi yeri xeyli müddət müşahidə etməli idi. Nəcimə xanımın isə qonşularında prokurordan başqa, həm də iki polis nəfəri, bir partiya sədri yaşayırdı. Qonşuların kim olduqlarına nəzər salsaq, yəqin ki, onların hansı dərəcədə diqqətli, ayıq-sayıq olduqlarını ifadə etməyə ehtiyac qalmaz. Ona görə də heç bir qatilin belə ağır cinayəti məhz evdə törətməsini ailə heç cür proqnozlaşdıra bilməmişdi.
Nəcimə xanımın öz dili ilə söylədiyi, məhz bu qətnaməyə görə öldürüləcəyini elan etdiyi məhkəmə prosesinin qətnaməsi barədə mütləq ətraflı yazacacayıq. Ancaq ümumi məlumat üçün qeyd etmək vacibdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər Üzrə Kollegiyasının,hakim Nuriyeva Afaq Bayram qızının sədrliyi ilə keçirilən prosesdə:

İddiaçı – “Arzu Özəl Ticarət Mərkəzi” MMC-nin –
Cavabdehlər –
1) Xaçmaz rayon icra hakimiyyəti hakimiyyətinə,
2) Xaçmaz rayon kooperativlər cəmiyyətinə,
3) Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət reyestr xidmətinin Xaçmaz Ərazi İdarəsinə,
4) Xaçmaz Bələdiyyəsinə,
5) Qurbanova Səlilə Məmməd qızına,
6) Fərhadov Rəşid Şıxzadə oğluna,
7) Şıxəliyev Mürşüd Şahbala oğluna,
8) Sərdarova Təsminə Məmməd qızına,
9) Məmmədxanov Gülməddin Novruz oğluna,
10) Ələkbərdov Camal Mövlud oğluna,
11) Əliosmanov Fazil Şahilslam oğluna,
12) Rzayeva Məlahət Abbasəli qızına,
13) Nəsrullayeva Xuraman Şəmsəddin qızına,
14) Quliyev Tofiq Ələddin oğluna,
15) Quliyev Dadş Ələddin oğluna,
16) Qasımova Rübabə Eynulla qızına,
17) Mustafayev Nəcəf Əliqulu oğluna,
18) Cəfərova Səbirə İbrahim qızına,
19) Nəsrullayeva İradə Fəxrəddin qızına,
20) Paşayeva (Sultanova) Xanım Balabək qızına,
21) Məmmədova Tahirə Abduləziz qızına,
22) Ağamirova Xanım Musa qızına,
23) Yəhyayeva Gülpəri Minac qızına,
24) Hüseynov Telman Nəcməddin oğluna,
25) Seyidov Ağaşərif Seyidqulu oğluna,
26) Tarverdiyev Səməd Ağalar oğlu,
27) Qubatova Məleykə Buxsay qızı,
28) Mustafayev Feyruz Bəybala oğluna,
29) Quliyev Zabil Həsənbala oğluna,
30) Rzayev İsrafil Məzaim oğluna,
31) Hacıbalayev Şahbaba Bəybala oğluna,
32) Vəliyev Həzrətqulu Xalidşah oğluna,
33) Müslimov Ağasi Abusəttər oğluna,
34) Ağayev Absalam Ağadadaş oğluna və
35) Mərdanov Arif Teyfur oğluna qarşı

Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən ticarət mərkəzində cavabdehlər tərəfindən qeyri-qanuni quraşdırılmış talvar və piştaxtaların sökülməsi, həmin ərazidə yerləşən köşk tipli, metal konstruksiyalı obyektlərə və digər qanunsuz tikililərə -
Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi,
Xaçmaz Rayon Kooperativlər cəmiyyəti,
Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsi tərəfindən qeyri-qanuni verilmiş sənədlərin ləğv edilməsi,
Xaçmaz rayon Kooperativlərlər Cəmiyyəti ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh fiziki şəxslər arasında bağlanmış müqavilələrin ləğv edilməsi,
Mübahisəli ərazidə yerləşən köşk tipli və metal konstruksiyalı obyektlərin və digər qanunsuz tikililərin sökülməsi,
Cavabdehlərin həmin sahədən çıxarılmasıbarədə iqtisadi mübahisə üzrə Sumqayıt yerli İqtisad Məhkəməsinin 30.04.2008-ci il tarixli 2-43/2008 saylı qətnaməsindən cavabdehlər-
Paşayeva Xanım Balabək qızı, Xaçmaz rayon Kooperativlər cəmiyyətinin nümayəndələri Əliyev Nail Heydər oğlu, Ağayev Namiq Qəzənfər oğlu, Teymurov Tahir Teymur oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır və Nəcimə namın xeyrinə qətnamə çıxarılır.

Bilindiyi kimi, məhz bu qətnamədən sonra, Nəcimə Babayeva öz ailəsinə və yaxınlarını, məhkəmə prosesini udduğuna görə, konkret şəxslər tərəfindən (adlarını hələki çəkmirik) öldürüləcəyini bildirir. Hətta bu vaxtdan etibarən evdən bayıra çıxmamağa, yalnız olduqca vacib işi olduğu zaman bir neçə müddətlik yalnız yaxın qohumlara gedib-gəlməyə qərar verir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.