Çernobıl – tarixin ən dəhşətli texnogen fəlakəti

19-05-2019, 20:47           
Çernobıl – tarixin ən dəhşətli texnogen fəlakəti
1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında qəza baş verdi. Bu qəza bəşəriyyət tarixindəki ən böyük texnogen fəlakət idi. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru, yanaraq tamamilə məhv olmuş, reaktorun işi nəticəsində yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayılmışdı. Özü də bu proses uzun müddət ərzində baş vermişdi, yəni ani hadisə deyildi. Radiasiyanınətraf mühitə yayılması, təxminən, on gün ərzində davam etmişdi. Daha sonra həmin radioaktiv məhsullar müxtəlif yollarla yayılmağa başlamışdı. İlk vaxtlar onlar, ən çox, atmosfer yolu ilə yayılırdı.

Əsasən uçucu izatoplar, məsələn, yod, sezium, tellur izotopları kimi radionuklidlər buludların köməyilə, meteoroloji şərtlərə uyğun olaraq külək istiqamətində yer dəyişirdilər. Yağıntıların düşməsilə ərazinin çirklənməsi baş verirdi. İlk günlər radioaktiv tullantılar, əsasən, şimala, şimali-qərbə yönəlmişdi və ən çox Skandinaviya ölkələrinə zərər vurmuşdu. İkinci tullantı dalğası qərbə istiqamətləndi. Nəticədə Qərbi Avropanın, xüsusən də, Alpətəyi bölgələrin çirklənməsi baş verdi. Növbəti tullantı buludları daha çox cənuba hərəkət edərək Cənubi Avropanın çirklənməsinə səbəb oldu. Çernobıl qəzası, Avropa qitəsinin böyük bir hissəsinə və həmin ərazilərdəyaşayan həddindən çox insana zərər vurmuş bir fəlakət idi. Qəzadan sonra qonşu bölgələrdəyaşayan, təxminən, 300 min insanı köçürmək lazım gəlmişdi.


Mütəxəssislər hələ də bununla bağlı mübahisə eləyirlər və təbii ki, yekdil fikir yoxdu. Amma biz rəsmi məlumatlara və rəqəmlərə əsaslanacağıq.

Qəza nəticəsində baş verən birbaşa şüalanma, meydançada işləyən, yanğını söndürən, təxminən, yüzlərlə insanda kəskin şüa xəstəliyinin yaranmasına səbəb olmuşdu. Bu, qəzanın ilkin təsiri idi.İkincili fəsadlar daha gec özünü göstərməyə başladı. Çirklənmiş ərazilərdə yaşayan insanlar atmosferə atılan radioaktiv məhsullardan xarici şüalanmaya, ərzaq və su ilə birlikdə radiasiya da qəbul elədiklərinə görə, daxili şüalanmaya məruz qalırdılar. Yeganə səhih, təsdiqlənmiş tibbi fakt budur ki, qəzadan sonra 6 minə yaxın qalxanvari vəz xərçəngi halı aşkarlanıbvə həkimlərin fikrincə, onların əksəriyyəti, məhz, Çernobıl qəzası ilə əlaqəlidi.

İş orasındadır ki, bu tip nüvə fəlakətlərinin ən əsas və xoşagəlməz məhsullarından biri yodun 131 izotopudur. Bu, yarıparçalanma dövrü 8 gün olan radionukliddi, yəni çox sürətlə parçalanır. Qəzadan sonra onun aktivliyi son dərəcə əhəmiyyətli idi. Yod 131, qida zəncirində yığılmaqxüsusiyyətinə malikdi. Yəni o, məsələn, otlara çökür, həmin otları inəklər, keçilər yeyir və maddə süddə toplanmağa başlayır. Aydındı ki, süd istehlakçıları olan insanlar – ilk növbədə uşaqlar radioaktivliyin əsas hədəfinə çevrilirlər. Çernobıl qəzası zamanı 1981-1985-ci illər aralığında doğulan insanlar risk zonasına düşmüşdülər. Belə ki, qəzadan, təxminən, beş ilsonra qalxanabənzər vəzin xərçəngi halları müşahidə olunmağa başlamışdı. Və bu, hələ son deyil, çünki nə qədər ki həmin insanlar sağdılar, onların, radiasiya cirklənməsi ilə bağlı xəstəlilərə düçar olmaları ehtimalı qalmaqdadır.

Həmçinin tanış olun:

Əlbəttə ki, SSRİ-də insanların məlumatlandırılması və sözügedən nəticələrə qarşı tədbirlər görülməsi məsələsində ciddi qüsurlar vardı, məsələn, eyni problemlə üzləşən Polşadan, yaxud digər Avropa ölkələrindən fərqli olaraq, yetərli tədbirlər görülməmişdi. Polşada sabit yodla vaxtında profilaktika aparılmış, insanlara təzə süddən istifadə eləmək və onu satmaq qadağan olunmuşdu. Prinsipcə, yəqin ki, daha çox şey eləməklə ciddi fəsadların qarşısını almaq olardı. Çünki Çernobılqəzasının nə genetik nəticələrinə dair, nə də xərçəng və ya leykozun başqa növlərinin yaranmasına səbəb olması barədə səhih məlumatlar yoxdu. Yəni bu qəza ilə bağlı başqa ciddi problemlər yox idi.

Çernobil qəzasından sonra cəmiyyətin atom enerjisinə münasibəti kəskin pişləşdi və bu vəziyyət bir xeyli davam elədi. Ancaq sonra, tədricən, unudulmağa başladı. Bu məsələdə neftin qiymətinin artması da vacib rol oynamışdı. Belə ki, bir çox ölkələr atom enerjisinə qayıdır, öz atom proqramlarını davam etdirirdilər. Sanki elə bir qəza bir də heç vaxt baş verməyəcəkdi.

Biz Çernobıl atom stansiyasındakı qəzanın 25 illiyini həmin vaxt Sakit okeanda olan “Pavel Qordienko” gəmisində qeyd elədik. O zaman bizə Fukusima atom elektrostansiyasındakı qəzadan sonra ekoloji vəziyyəti yoxlamaq həvalə olunmuşdu. Fukusima qəzasından, təxminən, bir ay keçmişdi. Biz qəzanın Rusiyanın Uzaq Şərqi üçün hər hansı təhlükə daşıyıb-daşımadığını aydınlaşdırmalıydıq. İrəli gedərək deyim ki, Rusiyanın Uzaq Şərqi üçün həmin qəza heç bir təhlükə daşımırdı.

Bu iki qəzanı – Çernobıl və Fukusima – müqayisə eləmək maraqlıdı. Birincisi, sözügedən stansiyalardakı reaktorların konstruksiyası fərqliydi. Baxmayaraq ki, Yaponiyada altı reaktordan üçü zərər görmüşdü, bununla belə ətraf mühitin çirklənməsi, demək olar ki, sadəcə uçan radionuklidlər vasitəsilə baş vermişdi. Söhbət sezium, yod və inert qazlardan gedir. Çernobılda isə ətraf mühitə stronsium, cüzi miqdarda plutonium və başqa radionuklidlər də yayılmışdı.

Ətraf mühitə yayılan radioaktivliyin miqdarından danışsaq, Fukusimadakı qəzanın nəticələri Çernobıldakının, təxminən, 10%-ni təşkil edirdi. Təbii ki, Çernobıl atom elektrostansiyasının qitənin içində, əhalınin sıx məskunlaşdığı bölgədə yerləşməsi də bunda son dərəcə ciddi rol oynamışdı. Fukusima stansiyası isə okeanın sahilində yerləşirdi. Orda küləyin və cərəyanların istiqaməti elə idi ki, radioaktiv məhsulların təxminən, 80% – atmosferdən quruya yox, okean səthinə düşmüşdü. Üstəgəl, radioaktiv suyun da xeyli hissəsi okeana atılmışdı. Bu su, reaktorların soyudulmasında istifadə olunurdu. Onu dənizdən götürür və sonra geri axıdırdılar, çünki qəzanın nəticələrini ləğv eləməyin başqa yolu yox idi. O ki qaldı okeanın çirklənməsinə, Fukusimadakı qəza dünya okeanının çirklənməsinin ikinci ən əsas faktora çevrildi.Birinci mənbə hələ də 1960-cı illərin əvvəllərində okean üzərindəki atmosferdə intensiv şəkildə keçirilən nüvə partlayışları hesab olunur.

Maraqlı müşahidələrdən biri də o idi ki, ətraf mühitə düşən radioaktiv məhsullar, qəzadan, təxminən, 12 gün sonra okeanın beş kilometr dərinliyinə enmişdi. Yəni okeanın dərin qatlarına enmənin sürəti həddindən artıq böyük idi. Bu, nəyin hesabına baş verirdi? İlk nöbvədə bioloji nasosun, yəni qida zəncirində yığılma hesabına.

Müxtəlif növ orqanizmlərin, fitoplanktonun, zooplanktonun və daha böyük dəniz heyvanlarının həyat fəaliyyəti nəticəsində nəcis və cəsəd kimi tullantılarda radioaktiv hissəciklərin toplanması baş verir. Bütün bunlar iri, yüksək konsentrasiyalı həyat fəaliyyəti məhsullarının yaranmasına və dənizin dibinə çökməsinə səbəb olmuşdu. Buna bənzər bir hal Çernobıl qəzası nəticəsində Aralıq dənizində də müşahidə olunmuşdu.

Həmçinin radionuklidlərin miqrasiyasında balıq və məməlilərin rolu da diqqət çəkir. Onlar həyat siklinin bir hissəsini, məsələn, Yaponiya sahillərində keçirir, orda çoxalır, sonra isə Kaliforniya tərəfə üzürlər. Məsələn, Kaliforniya sahilləri yaxınlığında tutulan tunalarda Fukusima mənşəli sezium tapılırdı.

Qeyd eləyək ki, Fukusima qəzası atom enerjisi əleyhdarlarının mövqeyini xeyli möhkəmləndirdi və ondan sonra bir çox ölkələr, ilk növbədə Yaponiyanın özü, ənənəvi olaraq yaşılların üstünlük təşkil elədiyi Almaniya atom enerjisindən imtina eləmək qərarına gəldi. Almaniyada bu, ilk dəfə deyildiki, baş verirdi. Hələ Çernobıl qəzasından sonra orda iştifadəyə hazır olan atom elektrik stansiyasının açılmasına icazə verilməmişdi. Düsseldorf yaxınlığında yerləşən həmin stansiya hazırda əyləncə parkına çevrilib və ürəyi istəyən hər kəs ora gedə bilər.

Atom enerjisinin inkişafı hələ də kifayət qədər mübahisəli məsələ olaraq qalır. Hazırda dünyadakı elektroenerjinin 10%-ə yaxını dinc məqsədli atom energetikası hesabına əldə olunur. Atom enerjisinin əsas məziyyəti odur ki, o, kifayət qədər etibarlı mənbədi. Eyni zamanda da karbonsuzdu, atmosferə tullantılar atılmır. Bu mənada, atom enerjisi, məsələn, kömür, ya da qaz istifadə eləməkdən daha yaxşıdı. Atom enerjisi iqtisadi parametrlərə görə də, hələlik digər enerji növlərindən üstündü. Ancaq müəyyən problemlər də var.

Birinci problem odur ki, atom elektrostansiyalarının inşası üçün sərf olunan maliyyət dayanmadan artır. Halbuki külək və günəş stansiyalarının büdcəsi kəskin şəkildə azalır. Və ikinci problem:zaman. Yəni qazla işləyən və kifayət qədər sürətlə tikilən istilik elektrostansiyalarından fərqli olaraq, atom elektrik stansiyasının inşası, təxminən, 7 il çəkə bilir.

O ki qaldı atom enerjisinin təhlükəsizliyinə dair məsələlərə, müasir reaktorlar Çernobıl və Fukusimada istifadə olunanlardan qat-qat güvənlidi. Ancaq təhlükəsizlik kompleks məsələdi. Mənə elə gəlir ki, müasir atom elektrik stansiyaları üçün Çernobıldakı kimi texnogen problemlər, ya da Fukusimada olduğu kimi təbii fəlakətlər təhlükə yaratmır. Potensial risk – həmin stansiyaların tikildiyi bölgələrin siyasi sabitliyidi. Müasir reaktorun istifadə müddəti 60 ildi. Kim zəmanət verə bilər ki, sözügedən 60 il boyu bölgədə siyasi sabitlik hökm sürəcək?!

Bu yaxınlarda hər zaman sülh və əmin–amanlığın hökm sürəcəyini güman etdiyimiz regionların döyüş meydanına çevrildiyinin şahidi olmuşuq. Atom stansiyalarının tikildiyi və tikiləcəyi yerlərin idarəsinin güvənli əllərdə olacağına, ya da regional münaqişə bölgələrinə çevrilməyəcəyinə heç kim zəmanət verə bilməz.

Atom enerjisi ilə bağlı bir problem də xammal bazasıdı. Bu günki atom enerjisi səyayesi mövcud olduğu vəziyyətdə başqa enerji növlərini əvəz eləyə bilmir. Yəni o, istilik enerjisini sıxışdıra bilməz, çünki kifayət qədər xammal – Uran yoxdu. Bundan ötrü nüvə yanacaq siklini tamamilə dəyişmək, sürətli neytronlarla işləyən, bölünən materialın təkrar emal olunduğu çoxaldıcı reaktorlara keçmək lazımdı. Rusiyada bu istiqamətdə işlər aparılır. Hazırda Rusiya bu sahədə dünyada ön sıralardadı və ola bilsin ki, nə vaxtsa biz belə raktorları hər yerdə görəcəyik.

Ramiz Əliyev

Kimya elmləri namizədi, M.V.Lomonosov adına MDU universitetinin kimya fakultəsinin əməkdaşı.

Postnauka












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.