"Mətanət A" şirkəti ittihamılara cavab verdi - MÖVQE

20-05-2019, 11:59           
Teref.az saytında Cumhuriyyət.az-a istinadən 16-05-2019 dərc edilmiş "Elxan Bəşirov 5 milyon dollarını necə “xilas etdi”? – Ağlagəlməz maxinasiya"adlı araşdıma- məqaləsinə "Mətanət " şirkətini öz mövqeyini bildirib.
Teref.az olaraq "Mətanət A" şirkətinin mövqeyini oxuculara təqdim edirik::
2000-ci ildə əsası qoyulmuş “Mətanət A” şirkəti ölkəmizdə və onun hüdudlarından kənarda yüksək texnologiyalara və innovasiyalara əsaslanan müasir inşaat materiallarının istehsalı ilə məşğuldur. Şirkət Ümummilli liderimiz Heydər Əliyevin xeyir duası və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəstəyi ilə ölkəmizdə çoxsaylı istehsal sahələri, yeni iş yerləri yaratmış, öz məqsədyönlü fəaliyyətləri ilə ölkə iqtisadiyyatının inkişafına töhfələr vermiş, dövlətimizin regional və qlobal səviyyədə rəqabətədavamlı və uğurlu sahibkarlıq nümunələrindən birinə çevrilmişdir.
“Mətanət A” şirkəti və onun rəhbərliyi haqqında heç bir əsası olmayan və uydurma məlumatlara əsaslanan məqalələr dərc olunur. Bu, həm milli sahibkarlığın inkişafına, həm də Azərbaycanın ən uğurla inkişaf edən və ölkəmizi beynəlxalq arenada müvəffəqiyyətlə təmsil edən böyük işçi kollektivinin çalışdığı “Mətanət A” şirkətinin işgüzar nüfuzuna zərər verir. Milli iqtisadiyyatımızın uğurlarını təbliğ etməkdənsə, əksinə heç bir fakta əsaslanmayan yanlış, qaryaxma xəbərlər ilə böyük şirkətləri gözdən salmağa çalışmaq bilavasitə ölkəmizin milli iqtisadi inkişafına təhdid yaradır. Belə ki, informasiya texnologiyaları dövründə bu cür yanlış xəbərlər həm də region ölkələrinə doğru yayılmaqla Azərbaycan şirkətləri haqqında mənfi təəssürat yaradır və ölkəmizin ixracat potensialına da mənfi təsir göstərir.

Mətbuat azadlığından sui istifadə edərək milli sahibkarlığımızı formalaşdıran uğurlu şirkətlərin on illərlə əziyyətlə nail olduğu işgüzar nüfuzu zədələməyə cəhdlər qəti yolverilməzdir və bu doğma Azərbaycanımızın inkişafına xidmət etmir.
Əsassız məlumatlarla ictimaiyyətdə şirkət haqqında yanlış təsəvvürün yaratmaq yolverilməzdir, qanunvericiliyə ziddir və bununla bağlı “Mətanət A” şirkəti tərəfindən lazımi hüquqi tədbirlər həyata keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.