Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Kələkidədir - YENİLƏNDİ

15-06-2019, 10:21           
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Kələkidədir - YENİLƏNDİ
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvandadır.

Cənazə xüsusi təyyarə reysi ilə Naxçıvana çatdırılıb, daha sonra "Təcili yardım" avtomobili ilə Ordubad rayonunun Kələki kəndinə aparılıb.

Cənazəni mərhumun yaxınları ilə yanaşı sabiq Baş nazir Pənah Hüseyn, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, mərhum Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov və başqaları müşayiət edib.

Həlimə xanım saat 12:00 radələrində Kələki kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin üzvlərinin də iştirak edəcəyi gözlənilir. “Report”un xəbərinə görə***

08:15

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.

Cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.
H.Əliyeva öz vəsiyyətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə təşkil olunacaq (Report).

***

04:15

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

"Report"un xəbərinə görə, Ə.Elçibəyin Türkiyədə yaşayan qızı Çilənay, kürəkəni Aqil Səmədbəyli də Bakıya gəlib.

H.Əliyevanın cənazəsini Müsavat başqanı Arif Hacılı, sabiq baş nazir Pənah Hüseyn, Ə.Elçibəyin ailə üzvləri və yaxınları qarşılayıblar.

Cənazə yaxın saatlarda ayrılan xüsusi təyyarə reysi ilə Naxçıvana aparılacaq. H.Əliyeva öz vəsiyyətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə olacaq.

Allah rəhmət eləsin!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.