Bakıda qorxulu qəzalar: “ölüm-dirim savaşı” - VİDEO

19-06-2019, 07:33           
Bakıda qorxulu qəzalar: “ölüm-dirim savaşı” - VİDEO
Bakı son aylar baş verən bir neçə qəzanın videosu yayılıb.

Avtosfer.az xəbər verir ki, əksər hallarda sürücülərin təhlükəsizlik qaydalarına əməl etməməsi ağır qəzalarla nəticələnir.

Belə ki, videoda ilk qəza piyada keçidində baş verir. İşıqforun qadağanedici nişanında avtomobillər dayanaraq piyadaların keçməsini gözləyir. Bu zaman yüksək sürətlə gələn “Gelandewagen” markalı avtomobilin sürücüsü keçiddə dayanmış maşınlara çırpılır. Xoşbəxtlikdən keçiddən keçən piyada son anda sürətlə gələn avtomobili görərək qaçır və bununla da ölümdən canını qurtarır.

İkinci qəza qəfil tormozlama zamanı idarəetməni itirmə nəticəsində baş verir. Sürücü yağışlı havada qəfil əyləci basır və nəticədə idarəetməni itirərək yolun kənarındakı dəmir arakəsməyə çırpılır.

Üçüncü qəza isə ara məsafəsinin düzgün seçilməməsi nəticəsində baş verir. Belə ki, qarşıda qəza olur və nəticədə avtomobillər dayanmağa məcbur olurlar. Bu zaman sürət və ara məsafəsini düzgün seçməyən sürücü arxadan digər avtomobilə çırpılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.