“WhatsApp”da yeni fırıldaqçılıq növü aşkar edilib

19-06-2019, 07:35           
“WhatsApp”da yeni fırıldaqçılıq növü aşkar edilib
“Eset” antivirus şirkəti “WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edib.



Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, messencerin 10 illiyi münasibətilə istifadəçilərə 1 terabayt pulsuz mobil trafik söz verilir, amma bunun üçün linkdə göstərilmiş ünvana keçid etmək, suallara cavab vermək və linki 30 dosta göndərmək lazımdır.



Antivirus şirkətindən bildirilib ki, sorğu səhifəsi altında istifadəçilərin məlumatını oğurlayan fişinq xarakterli sayt maskalanıb.



Məlumat üçün bildirək ki, “WhatsApp” messenceri iyunun 11-də istifadə qaydalarının pozulmasına görə istifadəçiləri məhkəməyə verəcəyi ilə hədələyib. Yeni qaydalar 2019-cu il dekabrın 7-də qüvvəyə minəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.