Dünyanın ən təmizkar aviaşirkətləri - SİYAHI

20-06-2019, 07:48           
Dünyanın ən təmizkar aviaşirkətləri - SİYAHI
“Skytrax” beynəlxalq təşkilatın aviasiya xidməti üzrə qiymətləndirilməsinə görə dünyada ən təmizkar aviaşirkət Tayvanın “EVA Air” şirkətidir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “EVA Air” reytində “Japan Airlines” və “ANA All Nippon Airways” şirkətlərini qabaqlayıb.

Siyahının 4-cü və 5-ci yerlərində müvafiq olaraq “Singapore Airlines” və “Asiana Airlines” aviaşirkətləri qərarlaşıb.
Bundan başqa, ən təmizkar aviaşirkətlərin reytinqinə “Hainan Airlines” (Çin), “Swiss International” (İsveçrə), “Cathay Pacific” (Honkonq), “Qatar Airways” (Qətər) və “Lufthansa” (Almaniya) daxil edilib.

Həmçinin, “Skytrax” 2019-cu ilin ən yaxşı büdcəsinə malik aviaşirkətlərin reytinqini dərc edib. Bu istiqamət üzrə Malayziyanın “AirAsia” şirkəti lider olub. Bundan başqa, “Skytrax” ən yaxşı hava yollarının siyahısını təşkil edib. Burada isə birinci yeri “Qatar Airways” şirkəti tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.