Zorla ərə verilən qızcığaz təcavüzkar ərindən necə xilas oldu – “O, mənə sahib olarkən, 4 dostu da...”

2-07-2019, 08:20           
Zorla ərə verilən qızcığaz təcavüzkar ərindən necə xilas oldu – “O, mənə sahib olarkən, 4 dostu da...”
"Utancverici bir iş olaraq bakirəliyimi aldığı gün, yanında 4 dostu vardı. O, bakirəliyimi alarkən, dostları da məni tutmuşdu"


Moderator.az xarici mediaya istinadən, zorla ərə verilən qızların yaşadığı ölkədə bir qızcığazın başına gələnlər barədə hazırladığı reportajı təqdim edir.

Hadiya bir gün məktəbdən evə qayıdarkən insanlar onu "Təzə gəlin! Təzə gəlin"! deyə səsləməyə başlayır. 14 yaşlı qızcığaz isə adamların nədən bəhs etdiyindən xəbərsiz halda evə gəlir. Evə girərkən isə anasını ağlayan vəziyyətdə gördü. Hadiya bacılarından və anasından nə üçün kədərli olduqlarını soruşsa da, heç kimdən cavab ala bilmədi. Bu, Hadiyanın uşaq gəlin olaraq yeni həyatının başlanğıcıdır.

Dünyada hər il 12 milyon qız uşağı 18 yaşını tamamlamadan ərə verilir. Uşaq gəlinlərin ən məşhur olduğu ölkə isə Nigeriyadır. Bu Qərbi Afrika ölkəsində qızların yüzdə 76 faizi 18 yaşında ərə verilir. Yüzdə 28 faizi isə 15 yaşında ərə verilir. Bəzi bölgələrdə isə 10 yaşında uşaqlar belə, ərə verilir. Nigeriyada 25 yaşını keçmiş subay qadınların sayı çox azdır.

Təhlükəsizlik səbəbindən əsl adı gizli saxlanılan Hadiyə Tillaberidəndir. O, uşaq yaşda zorla ərə verilsə də, onu istismar edən ərindən qaçmağı bacarıb.

Hadiya 2010-cu ildə məktəbdən evə qayıdandan sonra həyatının tamamilə dəyişəcəyini öyrənir. 9 il öncə evlərinə sükut çökmüş həmin gün nəhayət ki, anası ona nə baş verdiyini danışır.
"Anam dedi ki, əmimin ona ondan xəbərsiz məni ərə verib", - deyən Hadiyə, "Sonra da mənə toy günümün Fatihəsi (Nigeriyada toy mərasimlərinin ilk ayini) üçün olan kola və konfet qutularını göstərdi. Mən də ağlamağa başladım" - deyə əlavə edir.

Həmin ərəfədə Hadiyanın atası Ouaga bölgəsində yük maşını sürücüsü kimi işləyirmiş. Atasının kiçik qardaşı heç kimə xəbər vermədən Hadiyanı ərə veribmiş. Əminin Hadiyanı ərə verdiyi adamın atasına borcu olub və borcunu ödəyə bilmədiyinə görə Hadiyanı kişinin oğluna ərə verib.
Məktəbi, oxumağı çox sevən qızcığaz anlayır ki, onunçün artıq oxumağın da sonudur. Hadiya həmin günləri bel xatırlayır: “Uşaqlığım darmadağın olmuş xəyal kimiydi, çünki xəyallarım heç vaxt gerçəkləşmədi”.
Ərə getmək xəbərini alan Hadiya iki gün sonra evdən qaçıb meşədə gizlənir. Üç gün meşədə qalandan sonra bir yerli balıqçı onu taparaq şəhərə gətirir. Hadiyanı axtaran qardaşı balıqçının meşədən bir qız tapdığını eşidir və onu evlərinə geri qaytarır.
Qısa müddət sonra Hadiyə, ona məktəbə getməyi qadağan edən yaşlı bir kişiyə ərə verilir. Qızcığaz yenə də gizlənmək istəsə də, bu dəfə qaçması baş tutmur.
"Əmim anama və mənə dedi ki, onun dediyi adama ərə getməsəm, belə anlaşılacaq ki, məni anam qərar verməyə məcbur edib. Bu vəziyyət də anamın evdən getməyə məcbur olması ilə nəticələnəcək. Atam evdə deyildi və anam evdən getsəydi bacılarımın da həyatı məhv olardı. Elə bu səbəbdən ərə getməyə məcburən razılaşdım. Qardaş və bacılarımın yaxşılığı üçün özümü fəda etdim" – deyir Hadiya.

Hadiyanın əri onu Tillaberiden ən azı min kilometr uzaqdakı Agadezə aparır və beləliklə tamamilə ərinin nəzarəti altına düşür.

"Anam düz iki həftə ağladı, hətta buna görə gözlərində problem yarandı" - deyir Hadiyə.

Agadezdəki yeni evində əri onu döyməyə və uzun müddət ac saxlamağa başlayır. Yeni evlərinə getdikdən sonrakı əri hər gecə Hadiyayla intim münasibətdə olmağa çalışır, qızcığaz rədd edəndə isə onu döyür.

"Arvadınız sizə verilən gün ilk gecədə mütləq onun bakirəliyini pozmalısınız” - deyən Hadiyə qeyd edir ki, əri onun bakirəliyini aldığı gün yanında 4 dostu da olub: “Bu, çox utanc verici bir şey idi. O, bakirəliyimi alarkən, dostları da məni tutmuşdu".

Yaxınlığında heç bir rəfiqəsi və ya ailəsi olmayan Hadiya, cinsi istismardan xilas olmaq üçün mütəmadi olaraq ərazidəki stansiyada yatır və yemək üçün qonşuların evinə gedər. Bu müddət ərzində hamilə qalır, ancaq uşağı ölü doğur.

Hadiyə ikinci dəfə hamilə qalanda yaxınlıqda yaşayan bir qadın onu evinə aparır. Əri Hadiyanı evə aparmağa çalışsa da, o uşağını dünyaya gətirənə qədər həmin qadınla qalmağı bacarır.

Üç il davam edən evlilik və həyatda qalan ikinci uşağından sonra Hadiya nəhayət ki, ərindən qaçaraq Niameyə yerləşir. Anasının yanına geri qayıtmaq əvəzinə, əri onu tapmasın deyə, dayısıyla birlikdə yaşayır: “Tillaberiyə qayıtmamağı dayım məsləhət gördü, çünki ərim kimi dalımca gələcəkdi".
Hadiyə dayısı ilə yaşadığı zamanda BMT-nin UNFPA agentliyinin bir nümayəndəsiylə tanış olur. UNFPA-da elçi olur, oxuyub-yazmaq öyrənir. Belçikalı inkişaf agentliyinin bir hissəsi olan “Enabel”in tətbiq etdiyi “Sarraounia” layihəsinə də qatılır.

“9-ci sinifə qayıtdım və şansa baxın ki, sinif birincisi oldum. 10-ci sinfə davam etdim və yenə sinfin ən yaxşı seçildim" deyən Hadiya, təkcə liseydən məzun olmaqla kifayətlənməyib. Hazırda 23 yaşındadır, elektronika üzrə peşə məktəbinin son kursunda təhsil alır. Eyni zamanda Nigeriyadakı gənc qadınlara yardım edən qeyri-hökumət təşkilatları üçün çalışır.

Hadiya deyir ki, Nigeriyada elektronika üzrə təhsili allması üçün ali məktəb olmadığına görə təhsilini Türkiyə, Tunis, Əlcəzair və ya Mərakeşdə davam etdirəcək.

Təhsillə bağlı əzminə və daha əvvəl yaşadığı travmalı evliliynə baxmayaraq, Hadiya yenə də evlənməklə bağlı təzyiqlə üz-üzə qalır: “Keçən il atam ərə getmək məcburiyyətində olduğumu söylədi. Ona "yox” dedim, artıq ərə getməyimin önəmli olmadığını izah etdim. Təhsilimi bitirənə qədər işləməyə davam edəcəyəm dedim".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.