Atom sualtı qayıqda həlak olanların ikisi Rusiya qəhrəmanı olub

3-07-2019, 01:50           
Atom sualtı qayıqda həlak olanların ikisi Rusiya qəhrəmanı olub
Rusiya prezidenti Vladimir Putin Barens dənizində Atom sualtı qayıqda baş verən yanğın hadisəsi ilə bağlı müdafiə naziri Sergey Şoyqu iə görüşüb.

APA-nın Moskva bürosunun verdiyi məlumata görə, ölkə başçısı müdafiə nazirinə hadisə yerinə getməyi və hadisənin təfərrüatları barədə ətraflı məlumat verməyi tapşırıb.

Rusiya prezidenti sualtı qayıqda həlak olan 14 nəfərin yaxınlarına başsağlığı verib. O, baş vermiş hadisəni böyük itki adlandırıb: "Həlak olanlardan 7 nəfəri birinci dərəcəli kapitan, iki nəfəri isə Rusiyanın qəhramanıdır".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz Filotilyasına daxil olan elmi-tədqiqat gəmisində yanğın nəticəsində 14 nəfər həlak olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.