KREML ÜÇÜN TƏŞVİŞLİ SİQNAL:“Fəlakətli yoxsulluğa gedən Rusiyada mənasız və amansız rus qiyamı gerçəkliyə çevrilir” – Müsahibə

6-07-2019, 21:17           
KREML ÜÇÜN TƏŞVİŞLİ SİQNAL:“Fəlakətli yoxsulluğa gedən Rusiyada mənasız və amansız rus qiyamı gerçəkliyə çevrilir” – Müsahibə
Sergey Aksyonov

svpressa.ru, 06.07.2019



Mümkün sosial iğtişaşlar üçün iqitsadi səbəblər gündən-günə getdikcə çoxalır. Rusiyalıların qənaət edib yığdıqları pulların səviyyəsi düşəcək. Belə bir fikri Rusiya Bankı sədrinin birinci müavini Kseniya Yudayeva deyib.

Onun sözlərinə görə, düşümün səbəbi rusiyalıların gəlirinin dinamikası və istehlakçı kreditləşməsidir.

Doğrudan da, ötən 2018-ci ildə əhalinin gerçək gəliri 0,2% düşüb. Həm də bu düşmə beş il dalbadal davam edib. Vladimir Putin açıq şəkildə əksini iddia etsə də, “Rosstat”ın rəqəmləri tərs şeydir. Rusiyalıların maliyyə imkanları yığcamlaşır.

Bununla yanaşı, rusiyalıların banklara borcu 16,7 trilyon rubladək artıb (illik artım 3 trilyion rubl). Mərkəzi Bankın başçısı Elvira Naibullina mayda deyib ki, rusiyalı borc alanlar öz gəlirlərinin 44%-ə qədərini kreditlətri bağlamağa yönəldirlər.

Bu proseslər nəticəsində adamlarda qənaət edilən pula yönəldə biləcəkləri vəsaitlər getdikcə daha az qalır. “Levada-Mərkəz”in aprel sorğusuna görə, ailələrin üçdə ikisinin (65%) ümumiyyətlə qənaət yığımı yoxdur. Rusiyalılar gəlirin 81%-i isə cari istehlaka xərcləməyə məcburdurlar.

Maaşdan maaşa – həmvətənlərimizin çoxunun məcburi həyat tərzidir.

–Həmişəki kimi, düzgün cavab sualın özündədir: rusiyalılar gəlirin 81%-i cari istehlaka itirməyə məcburdurlar. Söbhət hansı qənaət pul yığımından gedə bilər? Bax, ehtiyatı yeyirlər, – FORUM.msk-nın baş redaktoru Anatoli Baranov hesab edir.

-Əlbəttə, hamı ehtiyatı yemir, yoxsa cari istehlaka 81 deyil, 100%-in hamısı xərclənərdi. Amma qazancın, heç olmasa, 20 faizini qırağa qoymağa nail olanların sırasına kim düşür?

-Bəli, bu kimdir?

–Burada da cavab var: Rusiya oliqarxlarının yekun sərvəti bir ildə 38 milyard dollar çoxalıb. Nəhəng rəqəmdir, demək olar, Ukraynanın illik büdcəsidir. Amma, bax, bu pullar, çətin ki, “Sberbank”da əmanətlərin artması kimi qeydə alınsın – adətən, bu vətəndaşların əmanətləri Rusiyadansa daha rahat ölkələrdədir.

Çoxu isə küpənin ağzını artıq çoxdan açıb.

Amma yoxsullaşmağın gerçək mənzərəsi daha fəlakətlidir, çünki RF-nin işləyən vətəndaşlarının çoxunun (məhz işləyənlərin, qazananların) ümumiyyətlə heç bir qənaət pul yığımı yoxdur. Donluqdan donluğa yaşayırlar.

-Bu nə deməkdir?

-Qənaət pul yığımı olan “Sberbank”dakı əmanətdən pul götürərək özünün istehlak zənbilinin kəsirini bağlayır. Əmanəti olmayan isə istehlakı azaldır. Köhnə lətifədəki kimi.

-Ata, sənin maaşını azaldıblar. Deməli, indi daha az içəcəksən?

-Xeyr, oğlum, indi sən daha az yeyəcəksən!

MDBMİ Beynəlxalq maliyyə kafedrasının professoru Valentin Katasanovun fikrincə, əmanətlərin azalma səbəblərindən biri budur ki, rusiyalılar banklardan qorxmağa başlayıblar.

-Kommersiya banklarında depozitlərin artması dayanıb. Mərkəzi Bank hansısa artım rəqəmlərini təsvir edir, amma bu, əlavə edilən faizlərlə şərtlənir. Bu, fiziki şəxslərin deyil, kommersiya banklarının, onların müştərilərinin puludur. Belə ki, əhalinin artıq lap çoxdan pulu yoxdur. Və bundan başqa, adamlar bankları görəndə, elə bil, qutuda ilan görürlər. Pullar isə yanır. Müxtəlif səbəblərdən yanır.

-Bəs sığorta necə?

-Bəli, əmanətlərin sığortalanma sistemi var, amma, anladığınız kimi, böyük əmanətlər üzrə müavinətlər verilmir. Müştərinin risklərini bağlamaq limiti var (indi ən son məbləğ 1,4 milyon rubldur-nəşr). Sonra isə hər addımda müvazinətləşdirilməyə başlanmış depozitlər kimi sui-istifadələr baş verir.

-Hələ bu nədir belə?

-Əlbəttə, bu, siyasi nəzakət ifadəsidir. Əslində, söhbət ondan gedir ki, bank işçiləri müştərinin pulunu götürür, amma depozit hesabı açmırlar. Müştəri əvvəlcə heç nədən şübhələnmir, ona xidmət edirlər, amma bank sınıq çıxanda əmanətlərin sığortalanması agenti ona deyir: a-a, siz burada yoxsunuz.

İndi belə fırıldaqlar lap çoxdur. Mən məhz bank lisenziyalarının geri çağırılması haqda məqalə yazıram. Əvvəlcə düşünürdülər ki, bu hansısa ekzotikadır, sonra isə bəlli oldu ki, son dərəcə geniş yayılmış hadisədir. Mərkəzi Bankda hətta baş verənləri izləmək və müvazinətləşdirilən heç bir əməliyyata yol verməmək üçün hansısa ümumi bir baza yaratmağa hazırlaşırlar.

-Necə bir ehtirasdır! Ələttə, onda “artıq” pulu, bax, belə itirməkdənsə yeməyə xərcləmək daha yaxşıdır…

-Həm də əvvəllər bank hesabında yatan pulları sərbəst köçürmək olardı, indi isə hələ sübut etmək gərəkdir ki, sən dəvə deyilsən. Mən özüm “Sberbank”da belə durumlarla üzləşmişəm – orada məndən təsdiqləyici sənəd istəyiblər. Bəzi hallarda əməliyyatlara blok qoyur, digər hallarda məbləği dondururlar. Adamlar buna görə də banklardan əsaslı şəkildə qorxurlar.

Belə, ya elə, qənaət pul yığımı səviyyəsinin aşağı düşməsi Rusiya cəmiyyətində sosial və ola bilsin, siyasi nəticələrə malik olacaq. Bu haqda “SP”-yə sosial psixoloq Aleksey Roşin danışıb.

-Qənaət pul yığımı olmayan adamların, bir qayda olaraq, həyatda ümidi azdır və həmişə təşviş içində yaşayırlar. Onlar bayağı şəkildə sağ qalmaq üçün elə hey fırlanmalıdırlar, çünki bu adamlarda heç bir möhkəmlik ehtiyatı olmur.

Yüksək təşvişin nəticəsi yüksək depressivlik olacaq. Küçlərdə daha az gülüş, təbəssüm, başqa xoş hadisələri daha az görəcəyik. Adamların buna halı olmayacaq. İcitmai fon daha şəklənmiş olacaq.

Bundan savayı, qənaət pul yığımı olmayan ailələrdə valideynlər uşaqlarla heç vaxt məşğul olmayacaqlar. Uşaqlar başlı-başına qalır, təbəqləşmə artır və bu, ictimai təcavüz səviyyəsini yüksəldir. Sovetsonrası uğursuz və 1990-cı illərdə şəhərlərdə gənclərdən bandaların olduğunu yada salın. Küçədə gəzmək qorxulu idi. Heç nəyi olmayan, bununla yanaşı, hər şeyin kin doğurduğu cəmiyyətdən qopan adamların çoxaldığı halda bütün bunlar bizi yenidən təhdid edə bilər. Cəmiyyət bu halda daha dayanıqsız və qiyamlara, səbəbsiz zorakılıq qığılcımlarına və s.-ə qədər müxtəlif tərəddüdlərə məruz qalır. Bu öz zəncirindən savayı itirməyə heç nəyi olmayan proletariat haqda formula yaxındır.

-Hə də, sənin heç nəyin olmayanda heç nə ilə risk etmirsən. Əvəzində qiyam nəticəsində nəsə əldə etmək olar…

-Kapitalizm 20-ci yüzillikdə məhz buna görə proletariata nəsə verməyə cəhd edib ki, onun itirməyə nəyisə olsun və özünü daha başıaşağı aparsın. Bu halda nəyəsə görə ehtiyat etməli olacaq.

Uyğun olaraq bizim insanlar ancaq zəncirləri hiss edəcəklərsə, onları həyəcana gətirmək, nəsə aqressiv bir şeyə qaldırmaq asan olacaq. Burada söhbət artıq gənclər bandası deyil, ümumi iğtişaşlardan gedir.

-Yəni hökumət sabitlik istəyirsə, elə bir siyasət aparmalıdır ki, adamların nəyisə olsun?

-Əlbəttə, çünki bu krantı bursaq, Puşkin demişkən, rus qiyamının mənasız və amansız olduğu gerçəkliyə çevrilər.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.