Texnologiya dünyasının ən varlı 5 QADINI – ARAŞDIRMA

8-07-2019, 16:12           
Texnologiya dünyasının ən varlı 5 QADINI – ARAŞDIRMA
Texnologiyanın son illərdə daha da sürətli inkişafına şahid oluruq. Artıq kompüterlərdən süni intellektə keçid dövrüdür. Bu isə texnologiya bazarında ciddi rəqabətə gətirib çıxarır, elə maddi baxımdan da. Zənginlər siyahısında texnologiya dünyasınından çox adlara rast gəlinir. Bu dəfə isə bu sahəyə öz töhfəsini verən zərif cinsin nümayəndələrini araşdırdıq.

TED.az “Forbes” jurnalının ən zənginlər siyahısına adını yazışdırmış, texnologiya hesabına varlanan bu qadınları sizə təqdim edir.


Whitman Forbe – Əvvəllər “HP” və “eBay”ın baş direktoru olan Whitman Forbes ən zənginlər siyahısında 661-ci yerdədir. 62 yaşlı Whitman, 3,3 milyard dollarlıq bir sərvətə sahibdir.


Judy Faulkner – “Epic system”in təsisçisi və meneceri Judy Faulkner, tibb sektorunun texnologiya sahəsinə böyük töhfələr verərək, Forbes'in ən zəngin siyahısında 592-ci sırada iştirak edir. 75 yaşlı Faulknerin 3,6 milyard dollarlıq mülkü var.


Dagmar Dolby – Yoldaşı Ray Dolby tərəfindən qurulmuş olan “Dolby Laboratories”in ən böyük səhmdarı olan Dagmar Dolby, bu siyahıda 479-ci sırada qərarlaşıb. 77 yaşında olan Dolbynin şəxsi sərvəti 4.1 milyard dollardır.


Laurene Powell Jobs – Vəfat etmiş Steve Jobsun yoldaşı Lauerene Powell Jobs, yoldaşından qalan “Apple” ve “Disney” səhmlərinə sahibdir. Bu səhmlər onu dünyanın texnologiya sahəsində ən varlı qadını edir. 55 yaşındakı Jobs, 18,5 milyard sərvətlə “Forbes”in 57-ci sırasındadır.


MacKenzie Bezos – “Amazon” şirkətinin sahibi olan Jeff Bezosun keçmiş həyat yoldaşı 49 yaşlı MacKenzie Bezos, 4 uşaq anasıdır. Əslən Kaliforniyalı olan MacKenzie, “Amazon” şirkətinin ilk işçilərindən biridir. İki roman yazarı olan bu qadın, 35,6 milyard sərvətlə dünyanın ən zəngin qadınıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.