32 "qanuni oğru" ilə tutulan Sahib Mehdiyev kimdir? - DOSYE

15-07-2019, 14:49           
32 "qanuni oğru" ilə tutulan Sahib Mehdiyev kimdir? - DOSYE
“Sahib Mehdiyevin 39 yaşı var. O, uzun illərdir Moskvada yaşayır”. Bu barədə Lent.az -a Moskvadakı mənbə xəbər verib. Mənbənin dediyinə görə, Sahibin Moskva metrosunun “Kuzminki” stansiyası yaxınlığında şəxsi idman klubu da fəaliyyət göstərir.

Klub mərhum polis zabiti Rinat Sadıkovun adını daşıyır.

Sahib Mehdiyev Rusiyanın ali kateqoriyalı məşqçiləri sırasına daxildir. Bu barədə ona Rusiya Sambo Federasiyası tərəfindən sertifikat da verilib. O, beynəlxalq dərəcəli idman ustasıdı. Döyüş sambosu üzrə dəfələrlə Rusiya, 5 qat Moskva çempionudur. Bir çox beynəlxalq yarışların qalibidir. Bundan başqa o, əlbəyaxa döyüş üzrə Moskva çempionudur. Adı indiyədək heç bir kriminal olayda hallanmayıb.

***
11:59

Rusiya kriminal aləminin keçmiş lideri Ded Xasanın nəvəsi İrakli Usoyan Moskva vilayətində həbs edilib. Lent.az -ın ura.news-a istinadən məlumatına görə, İrakli Usoyan Lyubertsı şəhərind yerləşən “Dyuşes” restoranında keçirdiyi “sxodka”da 32 "qanuni oğru" ilə birgə yaxalanıb. “Sxodka” narkotikdən gələn gəlirlərin necə bölüşdürülməsi ilə bağlıymış.

Yaxalananlardan biri döyüş sambosu üzrə Rusyia çempionu Sahib Mehdiyevdir.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.