Digər sahələrdə olduğu kimi internetdə də girilməsi qadağan olunmuş, təhlükəli yerlər var – Deep Web

19-07-2019, 09:10           
Digər sahələrdə olduğu kimi internetdə də girilməsi qadağan olunmuş, təhlükəli yerlər var – Deep Web
Digər sahələrdə olduğu kimi internetdə də girilməsi birmənalı olaraq qadağan edilən, təhlükəli sistemlər var. Buna “DeepWeb” deyilir.



Teref.az yazdığına görə, ted xəbər verir ki, “Google”, “Yandex” kimi təkmilləşmiş axtarış motorlarının belə tapa bilmədiyi saytlar məhz “DeepWeb”ə mövcuddur. “DeepWeb”ə daxil olan saytlar bütün mövcud olan saytların 90%-ini təşkil edir. Yəni bizim istifadə etdiyimiz hissə “Surface Web” yalnız 10%-dir. “DeepWeb”də saxlanılan informasiya “Surface Web”dəki informasiyadan 400-500 dəfə çoxdur.



“DeepWeb”dən casuslar, terroristlər, hakerlər, manyaklar, pedofillər, narkomanlar, təhlükəli təcrübələr (xüsusilə, insan üzərində keçirilən təcrübələr) aparan alimlər, ordudan qovulmuş əsgərlər, federal polislər, pullu qatillər, hannibalizm xəstələri (insan əti yeyənlər), silah, narkotik və insan alveri ilə məşğul olanlar, mərc oyunlarının təşkilatçıları istifadə edirlər. Bu saytlara girməyiniz məsləhət görülmür. Çünki xəbəriniz olmadan terror qruplaşması ilə təmas qurula bilər…





“DeepWeb”də internet aşağıdakı səviyyələrə bölünür:

Səviyyə 1 – Surface Web

Bu səviyyə internetin ən sadə və təmiz yeri sayılır. Bu mərhələdə hər kəsin çox sadə yolla daxil ola bildiyi saytlar mövcuddur.



Səviyyə 2 – Bergie Web

İnternetdə axtarış zamanı qarşınıza çıxmayan saytlar… Bunlar daha çox pornoqrafik informasiyalar daşıyan saytlardır. Əgər ftp (faylların ötürülmə protokolları) serverdən istifadə etməyi bacarırsınızsa “Google”dakı bu gizlənmiş nəticələri əldə edə bilərsiniz. Bundan sonrakılara daxil olmaq üçün “Proxy” lazımdır.

Səviyyə 3 – DeepWeb-in ilk mərhələsi

Burda o qədər də təhlükəli şeylər yoxdur. Əsasən, qanunsuz pornolar, sui-qəsd videoları, viruslar, kiçik haker qrupları, kompüter təhlükəsizliyindəki problemlərlə bağlı yazılar, məşhur insanların şəxsi, çox zamanda +18 olan görüntüləri və s. Bundan sonrakılara daxil olmaq üçün TOR lazımdır.



Səviyyə 4 – Charter Web yaxud DarkNet

Bu mərhələdə olan saytlar DNS texnologiyasından istifadə etmirlər. 4-cü səviyyə özü də 2 hissəyə ayrılır:

TOR səviyyəsi: Sadəcə “TOR browser” ilə daxil oluna bilən hissə. Burda qanunsuz sənədlər, nəticəsi əvvəlcədən məlum olan mərclər, şirkətlərin gizli məlumatları, gizli səsyazmalar, silah ticarəti, bomba, tank, müdafiə texnologiyaları, qadağan olunmuş filmlər, musiqilər, kitablar, uşaq pornoları, narkotik ticarəti, insan ticarəti və s.


Xüsusi səviyyə: Heç bir şəkildə idarə olunmayan səviyyə, indiyə qədər axtarışla məşğul olan insanların çatdığı ən təhlükəli səviyyə… Bura daxil olmaq üçün TOR belə yetərsizdir. Yalnız “Closed Shell System” adı verilən yolla bura çatmaq olar. Burda olanlarsa, robotlar, gizli texnologiyalar, GGGEQP sistemləri, gizli HAARP layihələri, Atlantisin (ilk dəfə qədim yunan alimi Platon tərəfindən qeyd edilən əfsanəvi ada və ya qitə) yeri və onun haqqındakı araşdırmalar, xüsusi istehsal mühərriklər, havanı dəyişdirə bilən silahlar, qlobal terror, qlobal narkotik və insan ticarəti, super-kompüterlər, massonlar, illüminatlar, Allaha inanmayanlar və bunun sübutları və s.


Səviyyə 5 – Marianas Web

“DeepWeb”in son 20%-i bu səviyyədədir. Adını dünyanın ən dərin çökəkliyi Marian çökəkliyindən götürən bu səviyyə haqqında o qədər də çox məlumat yoxdur. Bura haqqında “Əgər hər kəs ora girə bilsə, internetdəki müharibə sona yetər” deyilir. Burda bütün dünyanı idarə edə biləcək texnologiyaların olduğu və burdakı hakerlərin dövlətlərlə birgə işlədiyi bildirilir.

Səviyyə 6 – DeepWeb Cəhənnəm

Bu səviyyə haqqında heç bir məlumat yoxdur. Ora “Tanırının öldüyü yer” də deyilir.



“DeepWeb” görüntülənən saytları “Google”da tapmaq mümkün deyil. “DeepWeb”də saytlar .com, .az kimi domen kodları ilə bitmir, orada saytların linkləri Feysbuk yaxud “YouTube” kimi yadda qalan adlardan ibarət deyil. Burda domen kodu “.onion”dur. Linklər isə sabit deyil, tez-tez dəyişir: Məsələn, kpvz7ki2v5agwt35.onion... Buna görə də burada olan saytları izləmək olmur. Bura yalnız TOR adlanan “browser”lə daxil olmaq olar. Serverlər və İP adresləri də sabit deyil. Siz başqa birinin İP adresi ilə “DeepWeb”ə daxil olarkən başqası da sizin İP adresinizdən istifadə edə bilər. Burda normal pul əvəzinə “bitcoin”dən istifadə olunur ki, bu pul da “DeepWeb”dəki digər şeylər kimi sabit və etibarlı deyil. Məzənnə saniyələr içində dəyişə bilər.



Qatil axtardığınız yerdə polislə qarşılaşa bilər, yaxud yalnışlıqla açdığınız bir videoda gecələr kabusunuza çevriləcək şeylər görə bilərsiniz. “DeepWeb” haqqında məlumatınız olması yaxşıdır, amma əsla girməməlisiniz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.