Vəhşi təbiət üçün təhlükə - Alimlərdən SOS

19-08-2019, 08:04           
Vəhşi təbiət üçün təhlükə - Alimlərdən SOS
Afrikada vəhşi təbiətdə yaşayan şirlərin sayı 22 509-a qədər azalıb.

Axar.az xəbər verir ki, bunu Oksford universitetinin vəhşi təbiət tədqiqatları şöbəsinin alimləri açıqlayıb.

Alimlərin bildirdiyinə görə, Malavidə vəhşi təbiət şəraitində yaşayan cəmi 5, Anqolada 25, Ruandada 22, Nigeriyada 30 şir qalıb.

Hazırda ən çox şir Tanzaniyada (8176), CAR-da (2070), Keniyada (1825), Mozambikdə (1295) və Zimbabvedə (1709) yaşayır.

Alimlər Afrikadakı şirlərin yalnız yaxşı qorunan ərazilərə sahib olduqları təqdirdə çoxala biləcəklərini qeyd edib. Amma bunun üçün kifayət qədər maliyyə vəsaiti lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.