Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq

20-08-2019, 12:26           
Azərbaycan Ermənistana gedən qaz kəmərini nəzarətdə saxlayır - Savaş başladığı an mütləq vurulacaq
Ermənistan mediasında bəzi hərbi ekspertlərin dövlət sərhədində erməni ordusunun mövqelər tutması barədə səsləndirdiyi fikirlər absurddur.

Bunu Azvision.az -a hərbi ekspert Rəşad Süleymanov deyib. Onun sözlərinə görə, İrəvanda oturub Qazax rayonu istiqamətində, Azərbaycanla sərhəddəki vəziyyət barədə yazan hansısa şəxslərdən fərqli olaraq Ermənistanla sərhəd ərazilərə səfəri zamanı reallıqda fərqli şeyləri görüb:
"Sərhəddə müşahidə etdiklərimiz əsasında məlumat verə bilərəm ki, Qazax rayonu istiqamətində üstünlük Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarındadır. Ermənistan tərəfinin açıqlamaları “gedən qatarın arxasınca yüyürməyə” bənzəyir. Avqustun 13-də Qazax istiqamətində ermənilərin təxribatlarını önləmək üçün DSX tərəfindən mövqelərin önə çəkilməsi və bəzi yüksəkliklərdə yeni mövqelərin tutulması ilə bağlı xəbərdən sonra, avqustun 14-dən başlayaraq Ermənistan ordusunun yüksək rütbəli zabitləri əraziyə göndərilib. Hiss olunur ki, ön mövqelərdə baş verən uğursuzluğun şəxsi heyətdə və sərhədyanı kəndlərin əhalisində yaratdığı psixoloji təsiri aradan qaldırmaq üçün Ermənistanın Müdafiə Nazirliyi ciddi fəaliyyətlərə başlayıb".

R.Süleymanov qeyd edib ki, DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd di­vi­zi­ya­sının yeni müdafiə mövqelərinə qalxması nəticəsində min hektarlarla ərazi nəzarət altına götürülüb.

"Eyni zamanda Azərbaycan Sərhəd Qoşunlarının döyüş məntəqələri Gürcüstandan Ermənistana ge­dən qaz kəmərinə və yaxınlıqdakı qaz stansiyasına nəzarət imkanı əldə ediblər. Ermənistan Müdafiə Nazirliyi bu gün reallığı ictimaiyyətlərindən gizlədə bilər. Lakin qış aylarında ərazidəki kəndləri, rayonları qazsız qalanda bunun səbəbini gizlədə bilməyəcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.