Kampdakı kütləvi davaya görə iki azərbaycanlı həbs olunub – Almaniyada

23-08-2019, 08:12           
Kampdakı kütləvi davaya görə iki azərbaycanlı həbs olunub – Almaniyada
Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı kampda baş verən kütləvi davaya görə cinayət işi açılıb. Bu bardə AzEuroNews.com–a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

Məlumatda deyilir ki, cinayət işi ilə bağlı bir neçə sığınacaq axtaran şəxsin deportasiyası planlaşdırılır. Həmin şəxslərin sığınacaqla bağlı müraciətlərinin təcilli araşdırılmasına başlanılıb. Bu barədə Bavariyanin Daxili İşlər Nazirliyi cümə axşamı Münhendə mətbuata verdiyi açıqlamada bildirib.

“Hadisədə təqsiri olanlar qanunun aliliyinin tam ciddiliyi ilə məsuliyyətə cəlb olunacaqlar” – deyə daxili işlər naziri Yoahim Herrmann (CSU) bildirib. O, səlahiyyətli orqanları “günahkarların təcilli olaraq deportasiya edilməsinə” çağırıb. Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) cinayətə meyilli sığınacaq axtaranlara qarşı xüsusi bir işçi qrup yaradılıb.

Məlumat üçün bildirək ki, çərşənbə axşamı günü Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava olub. Əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Kamp binasına ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla ən azı 10 nəfər yaralanıb.
Yalnız bölgədəki polis idarəsi əməkdaşlarının və federal təhlükəsizlik xidməti polisinin müdaxiləsindən sonra vəziyyəti sakitləşdirmək mümkün olub.

Prokurorluğun məlumatına görə, səkkiz şübhəli şəxs müvəqqəti həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər beş sığınacaq axtaran şəxs sərbəst buraxılıb.

Cinayət Polisi ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlamaqla arşdırma aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.