Bu ölkədə elmə məlum olmayan rəsədxana tapıldı

14-09-2019, 10:00           
Bu ölkədə elmə məlum olmayan rəsədxana tapıldı
Hələlik rəsədxananın nə vaxt yaradıldığı haqqında məlumat yoxdur

Tacikistanlı alimlər qədim Koron şəhərində heç vaxt elmə məlum olmayan rəsədxana tapıb.

Alimlərin gəldiyi qənaətə görə, rəsədxana 15-ci əsrə qədər fəaliyyət göstərib.

Akademik Yusufşoxi Yakubşox jurnalistlərə bildirib ki, rəsədxananın tapıldığı Koron şəhəri təxminən 4 min il əvvəl, ari sivilizasiyasının çiçəkləndiyi dövrdə tikilib. O deyib ki, qazıntı yerindən tapılan əşyalar burada rəsədxana olduğunu təsdiqləyir. Burada müxtəliif həndəsi fiqurlar şəklində süni daş lövhələr tapılıb.

Qeyd olunub ki, hələlik rəsədxananın nə vaxt yaradıldığı haqqında məlumat yoxdur və bu istiqamətdə işlər davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.