Xərçəngin sübut olunmuş 5 səbəbi

15-09-2019, 20:37           
Xərçəngin sübut olunmuş 5 səbəbi
Rusiya Səhiyyə Nazirliyinin baş mütəxəssisi tanınmış onkoloq Andrey Kaprin xərçəngin elm tərəfindən sübut olunmuş səbəbləri haqqında danışıb.

Mütəxəssis 5 səbəbi açıqlayıb:

- siqaret şəkmək
- spirtli içkilərin qəbulu
- insan papilloması virusu
- azhərəkətli həyat tərzi
- emal olunmuş ətin (sosiska, kolbasa və s.) həddindən artıq miqdrada istehlakı.

Mütəxəssis vurğulayır ki, xoşbəxtlikdən bütün bu riskləri minimum çatdırmaq mümkündür. Bunun üçün insan siqaret və içkidən imtina etməli, daha hərəkətli olmalı, qidalanmadan emal olunmuş əti çıxartmalıdır.

İnsan papilloması virusuna gəldikdə isə bu virusa qarşı peyvənd hazırlanıb və bir çox Avropa ölkələrində illərdir ki, tətbiq olunur və artıq nəticələr verməyə başlayıb.

Nəzərinizə çatdıraq ki, papillomavirus qadınlar arasında ən yayılmış xərçəng növü sayılan uşaqlıq boynu xərçənginin əsas səbəbidir. (Saglamolun.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.