Arvadını ov tüfəngi ilə güllələyərək öldürdü- Özü isə intihara cəhd etdi

17-09-2019, 10:31           
Arvadını ov tüfəngi ilə güllələyərək öldürdü- Özü isə intihara cəhd etdi
Bir neçə ay əvvəl Bakıda baş verən dəhşətli qətl hadisəsi üzrə məhkəmə araşdırmasına start verilir.

Gununsesi.org-un verdiyi xəbərə görə, arvadını öldürməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, hadisə bu ilin iyununda baş verib. 61 yaşlı keçmiş məhkum Z.Novruzov Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən yaşayış binasının arxasında həyat yoldaşı, 55 yaşlı Təranə Novruzovanı qısqanclıq zəminində ov tüfəngi ilə güllələyərək öldürüb.

Daha sonra özünü başından vuraraq öldürmək istəyərkən silah əlindən çıxıb və güllə onun boğazından dəyib. Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlər Z.Novruzovun həyatını xilas edə biliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.