Niyə yüksək keyfiyyətli avtomobil yanacağı istehsal edə bilmirik? – Ekspert səbəblərdən danışdı

17-09-2019, 11:04           
Niyə yüksək keyfiyyətli avtomobil yanacağı istehsal edə bilmirik? – Ekspert səbəblərdən danışdı
"Azərbaycanda ötən illər ərzində keyfiyyətli avtomobil benzini istehsal edə bilməməyimiz birbaşa ARDNŞ-ın məsuliyyətsizliyindən qaynaqlanır”.


Sfera.az-a açıqlamasında bu sözləri nef ölkəsi olan Azərbaycanın hələ də yüksək keyfiyyətli avtomobil yanacağı istehsal edə bilməməsinin səbəblərinə toxunarkən neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev deyib:


"1994-cü ildə "Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan 1997-ci ildə "Çıraq-1”platformasından ilk neftini çıxardı. Ardınca 2006-cı ildə Bakı-Tifls-Ceyhan ixrac kəmərinin istismara verilməsindən sonra Azərbaycana kifayət qədər neft dolları daxil oldu. Eyni zamanda, 2000-2014-cü illərdə dünya bazarında neftin qiyməti kifayət qədər yüksək olub. Bunun qarşılığında Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərində də artımlar müşahidə edildi. Lakin neftin qiymətinin qızıl dövründə ARDNŞ fürsətdən istifadə edərək aktivindəki neft emalı güclərində dərin modernləşdirmə işlərini həyata keçirmədi. Halbuki, qonşu ölkələrdə - Qazaxıstan, Türkmənistan və Rusiyada bu illər ərzində neft emalı güclərində kifayət qədər rekonstruksiya işləri aparıldı və hasil edilən neft məhsullarının keyfiyyəti artırılaraq avro-4, avro-5 səviyyəsinə çatdırıldı”.

Ekspert bildirdi ki, yaxın dövrdə də ölkəmizdə yüksək keyfiyyətli avtomobil benzini istehsalı sahəsində irəliyə doğru hər hansı bir dönüş olmayacaq: "Azərbaycanda isə bu illər ərzində keyfiyyətli avtomobil benzini istehsal edə bilməməyimiz birbaşa ARDNŞ-ın məsuliyyətsizliyi üzündən baş verib. ARDNŞ gərək idi ki, neftin qızıl dövründə həmin istiqamətdə adekvat addımlar atsın. Nədənsə bu istiqamətdə addım atmayıblar. Atmayıblarsa, deməli məsuliyyət ARDNŞ-ın üzərindədir.Yaxın dövrlərdə də ölkəmiz bu sahədə yüksək nəticələr əldə edə bilməyəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.