Azərbaycanın məşhur iş adamı BANKDAN ÜZR İSTƏYƏCƏK – MƏHKƏMƏ QƏRARI

18-10-2019, 12:02           
Azərbaycanın məşhur iş adamı BANKDAN ÜZR İSTƏYƏCƏK – MƏHKƏMƏ QƏRARI
Azərbaycanın tanınmış iş adamlarından biri, «Tovuz Baltiya» şirkətinin sahibi və direktoru Naiq Məmmədhəsənov «Bank of Baku»dan üzr istəyəcək.

FED.az xəbər verir ki, Bakının Nərimənov rayon məhkəməsi «Bank of Baku»nu niş adamına qarşı qaldırdığı işgüzar nüfuzun müdafiəsinə dair iddiasına baxıb.

İddiaya səbəb iş adamının ilyarım əvvəl - 2018-ci ilin martında bank haqqında söylədiyi fikirlər olub.

Həmin vaxt Naiq Məhəmmədhəsənov FED.az-a müsahibəsində «Bank Of Baku» haqqında fikirlər səsləndirmişdi. «Məşhur iş adamı: Deyəndə ki, «Bank of Baku»nun müştərisiyəm, mənə gülürlər» başlığı altında dərc olunan məqaləyə görə, bank iş adamını məhkəməyə verib.

Cavabında Naiq Məhəmmədhəsənov da «Bank of Baku»ya qarşı qarşılıqlı iddia qaldırmışdı. İş adamı «Bank of Baku» ASC-yə mənəvi zərərin, əldən çıxmış faydanın tutulması tələbi ilə iddia qaldırmışdı. Bu iddiada iş adamı sözügedən bankdan kredit götürdüyü zaman bankın ona qarşı hərəkətlərindən şikayət edirdi.

Məsələni və qarşılıqlı iddiaları araşdıran məhkəmə «Bank of Baku»nun iddiasını qəbul edib. Naiq Məhəmmədhəsənovun qarşılıqlı iddiası isə rədd edilib.

Məhkəmənin qərarına görə, iş adamı sözügedən məqalədəki fikirlərinin doğru olmadığını bildirməli və buna görə «Bank of Baku»dan üzr istəməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.