Xaricə gedənlərin sayı artdı

21-10-2019, 23:23           
Xaricə gedənlərin sayı artdı
Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 4201,5 min nəfər olub.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ölkə vətəndaşlarının 36,3 faizi İrana, 29 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiyaya gedənlərin sayı 6,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,7 faiz artıb.

Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,1 faizi dəmir yolu və avtomobil, 17,2 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 4201,5 min nəfər olub. Ölkə vətəndaşlarının 36,3 faizi İrana, 29,0 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,7 faiz artıb.

Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,1 faizi dəmir yolu və avtomobil, 17,2 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.